Son dəqiqə
20-01-2020, 17:41
949

Kirayə mənzillərin qiyməti Bakıda da, Xırdalanda da eynidir? – “Bu, absurddur”

Kirayə mənzillərin qiyməti Bakıda da, Xırdalanda da eynidir? – “Bu, absurddur”

Azərbaycanda kirayə mənzil mexanizminə müraciətlərin qəbul mexanizmi açıqlanıb.

İpoteka və Kredit Zəmanət Fondu vətəndaşların nəzərinə çatdırır ki, mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna bu ilin 22 yanvarında başlanılacaq.

Kirayə mənzillər “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na əsasən təqdim ediləcək.

REKLAM

Daha ətraflı

Bakının Nizami rayonunun M.Abbasov küçəsində, Bakının Xətai rayonunun Gəncə prospektində, Xırdalan və Sumqayıt şəhərlərində kirayə mənzillər təklif olunur. Lakin Fond mənzillərin qiymətlərini açıqlamayıb, sadəcə “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə alınması üçün müraciətə dair istifadəçi təlimatında şərti qiymətlər yer alıb.

Ötən gündən etibarən bəzi mətbuat orqanlarında yazılıb ki, kirayə mənzillərin qiyməti harada yerləşməsindən asılı olmayaraq 1800 manatdan yuxarıdır.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə Oxu.Az-a deyib ki, Fond qiymətləndirici təşkilatlardan mənzillərin dəyəri ilə bağlı rəqəmlər alıb.

“Həmin rəqəmlər ümumiləşdirilərək qiymətlər açıqlanacaq”,- deyə R.Osmanlı bildirib.

Ekspertin sözlərinə görə, kirayə mənzillər Fondun istiqrazları hesabına alınacaq. Onun fikrincə, Fond illik üç faiz dərəcəsini də qiymətlərə daxil edib.

R.Osmanlı qeyd edib ki, kirayə mənzillərin kvadratmetrinin hər yerdə eyni məbləğdə olması ilə bağlı yayılan məlumatlar sual doğurur.

“Hər yerdə qiymətlər, məsələn mənzilin kvadratmetri 1800 manat ola bilməz. Ona görə ki, burada müxtəlif ərazilərdə yerləşən mənzillərdən söhbət gedir. Müxtəlif ərazilərdə yerləşən mənzillərin hamısının kvadratmetrinin qiymətinin eyni olması absurddur. Bilirəm ki, Fondda daşınmaz əmlakla bağlı kifayət qədər peşəkar şəxslər var. Ola bilər ki, bəzi ərazilərdə mənzil baha olsun, bu da normaldır”, - deyə R.Osmanlı əlavə edib.

Digər xəbərlər

Düşmən Azərbaycanı Ermənistandakı bu nöqtələrdən vurur
Yoluxanların bu günə olan statistikası
Çölü bəzək, içi təzək nəşriyyatımız - VİDEO
Sabahdan Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılır
MN: “Ordumuz tərəfindən daha kəskin tədbirlər görüləcək”
Yenidən Qazaxıstanın Baş naziri təyin olundu
“Sileks” "Qarabağ"la oyun üçün Bakıya yola düşüb
Qarayevin dağıdığıcı tamahı, rüşvət piramidası... - Deputatdan naziri bitirəcək yazı
Bakıda azyaşlıların yol hərəkəti qaydalarını pozması nəzarətə götürülüb - RƏSMİ
Ağdaş Mərkəzi Xəstəxanasının həkimləri NECƏ ÖLÜMƏ SƏBƏB OLDU... -
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi -
Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq
Prezident: “Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”
Game of Thrones oyunu təqdim edilə bilər
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapılıb - FOTO
Bakıda qaynaqçı bədbəxt hadisənin qurbanı olub
Ağdamda dərslər çadırda keçirilib
"ƏKS-GÖSTƏRİŞ SERTİFİKATI" NİYƏ PROBLEMƏ ÇEVRİLİB? –
Prokuror "Yeni Klinika”nın sabiq əməkdaşına yenidən cəza istədi
Ömrünü elmə həsr edən dünya şöhrətli alim: Lütfi Zadənin 100 illiyidir
Kamran Quliyev "Neftçi"dən getdi -
Gəncə Şəhər Endokrinoloji xəstəxanasında ÖZBAŞINALIQ
Zəngilanın Cahangirbəyli kəndindən görüntülər - VİDEO
Şuşada DTX, polis və agentlik əməkdaşlarından əməliyyat: Xeyli silah-sursat tapıldı -
Elton Con "Dağlıq Qarabağ"la bağlı paylaşımını tənqidlər səbəbindən sildi
Gecə Bakıda təxribat edənlər tutuldu - 7 polis yaralanıb
Musiqi məktəbinə Oqtay Kazıminin adı verildi
Nazim İbrahimovun ifadəsi generalı 15 il həbsə yollaya bilər
Azərbaycanlı jurnalistin oğlu yol qəzasında dünyasını dəyişdi
Azərbaycan ağırlıqqaldıranı II MDB Oyunlarının qalibi oldu -
{sape_links}{sape_article}