Son dəqiqə
1-07-2023, 14:56
212

Oğuzda daldalanacaq MEŞƏ QALMAYIB...

Oğuzda daldalanacaq MEŞƏ QALMAYIB...
Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə bir neçə gün öncə Oğuz meşəbəyliyinin 03 saylı dolayına nəzarət edən meşəbəyi Əliyev Ramiz Bəbir oğlu 04 saylı meşə dolayı ilə həmsərhəd ərazidə 9 ədəd, diametri 44-56 sm olan işlik fıstıq ağaclarını gecə vaxtı qanunsuz olaraq kəsdirərək satmışdır. Qanunsuz kəsintini də Oğuz Meşə Mühafizə mühəndisi Məmmədov Valeh Yaqub oğlu tərəfindən aşkarlanaraq sənədləşdirlmişdir. Həmin gündən, yəni, 26 iyundan etibarən meşəbəyi R.Əliyevin qardaşı Eyvaz Əliyev mühəndis V.Məmmədova telefon açaraq onu nalayıq söyüşlərlə təhqir edir, onu ölümlə hədələyir. V.Məmmədov faktı təsdiq edərək bildirmişdir ki, meşəbəyi Ramizin qardaşı Eyvaz hətta gecə saat 1-30-da belə ona zəng edib küçə söyüşləri yağdırır.
Xatırladaq ki, Əliyev Eyvaz əvvvələr, yəni, 19 mart 2020-ci ilədək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsində çalışmışdır. Qanunsuz çoxsaylı meşə kəsintilərinə görə DİN-nin xüsusi əməliyyat qrupu tərəfindən Eyvaz Əliyevin dəstə üzvləri cinayət başında yaxalanaraq 1.4 il həbs həyatı yaşamışdır. Və hal hazırda da törədilən ağır cinayət üzrə təqsirləndirlən E.Əliyevin məsələsi Şəki Apellyasiya Məhkəməsində hakim Mahir Əsədlinin icraatında baxılmaqdadır. Məlumatlı mənbə onu da bildirdi ki, Eyvaz Əliyev bundan əvvəl də 2 dəfə məhkumluğu olmuşdur ( polisə müqavimət göstərməyə və adam oğurluğuna ( qız qaçırma) görə) Doğrudur, hazırkı qanunsuz ağackəsmə cinayətinə görə 1il 4 ay həbsdə saxlansa da, Şəki Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı tərəfindən onun 8 il azadlıqdan məhrum edilməsi istənilmişdir. Lakin məhkəmə sədri olmuş Rəfael Əliyev prokurorun cəza istəyini maddi maraqlarını təmin edərək bu adamı dəstəsilə birlikdə 2021-ci ilin avqustun 30-da gcə saat 22-00-da şərti cəza verməklə onu azadlığa buraxmışdır. Budur, indi də Eyvazın oğlu Əliyev Tacir hərbi xidmətə yarasız olmasına baxmayaraq, yenidən özünə sağlamlıq arayışı alaraq Oğuz meşəbəyliyində Kor dərə” adlanan ərazidə meşə gözətçisi işləyir.
Onu da xatırladaq ki, sonuncu dəfə 9 ədəd sağlam işlik material olan fıstıq ağaclarını kəsib satan Ramiz Əliyev bu vəzifəyə təyin olunduqdan sonra Oğuz şəhərinin kənarında, daha dəqiq desək Qlükoza zavodunun yanında böyük bir iribuynuzlu mal ferması yartmışdır. Fermada 60 baş sağılan inək, 35 baş öküz , və 60 başa yaxın südəmər danası vardır. Meşəbəyi Ramiz qanun icazə vermədiyi halda 100-dən çox şəxsi mal qarasını qulluq mövqeyindən süi-istifadə edərək özünün mühafizə etdiyi meşə dolayında otarır və nəticədə minlərlə yeniyetmə ağaclar məhv olur.

Maraqlısı budur ki, Ramiz Əliyevin digər qardaşı Əhliman Əliyev də hazırda ETSN-nin 6 saylı Dövlət Ekoloji Təhlükəsizlik İdarəsində vəzifədə işləyir. Faktiki orta məktəb savadı olmadığına görə xidməti işi üzrə düzgün sənədləşmə işlərini apara bilmir. Hazırda yaşadığı mənzili qardaşı Ramizin mühafizə etdiyi və qanusuz 9 aöac kəsdiyi yerə çox yaxın olsa da, nədənsə ağaclar kəsilən zaman evində olmasına baxmayaraq 200 metrlikdə doğranan ağacların kəsintisinin qarşısını vəfə borcu olaraq almamışdır. Lakin, deyilənə görə rayonun ucqar yerlərində, məslən Xaçmaz və ya Daşağıl meşəbəyliklərində bir ağac kəsilərsə, Əhliman Əliyev 10 dəqiqə ərzində özünü hadisə yerinə yetirir. Bu necə olur?
Göründüyü kimi, Əliyev qardaşlarının Oğuz meşələrində törətdikləri qanunsuz ağac kəsimlərindən əldə etdikləri var dövlətin hesabını hələlik kimsə ( elə ETSN rəhbərliyi daxil) sormasa da, ümidvarıq ki, yerli hüquq-mühafizə orqanları bu qardaşların son günlər törətdikləri cinayət tərkibli əməllərinin araşdırılmasına start verəcəklər.
Bizi izləyin.
(İfadetv.com)

XəbərTv.info

Digər xəbərlər

Yarım milyon manatı mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb
Formula 1 üzrə Azərbaycan Qran Prisində sıralama turu qəza ilə başladı
Azərbaycanlı müğənninin rəfiqəsi onu digər qızlara qısqanaraq klubda dava salıb aktrisanı döydü - FOTO
Lukaşenko: “Təkrar seçkilər keçirilməyəcək”
Məhkəmə Gülnarə Kərimovanın cəzasını artırıb
Tovuzda kütləvi dava: Bıçaqlananlar var
Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilib
Bakıya 320 yeni avtobus gətirilir
“Dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur?”
Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər?
Qazax rayonunda təhlükəli sursat aşkarlanıb
Vanda 3 türk əsgər şəhid oldu
Sabah Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayır
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür
Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİAv
“WhatsApp”la bank kartlarına hücum edilir - FOTO - XƏBƏRDARLIQ
XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq
MN: "Ordumuzun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır"
Hündürlüyü 10 metrə çatan sel yaşayış məntəqələrinə doğru gedir -
Almatıda kütləvi həbslər: saxlanılanların sayı 2,5 min nəfəri keçib
Ermənistanda generalın oğlu və daha 68 nəfər saxlanıldı
Saatlıda 21 şagird məktəbdən uzaqlaşdırılıb ? -
Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var — SİYAHI
Bakıda YPX əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi - VİDEO
“Keşlə” futbol klubu Şamaxıya köçür
DYP: Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq
Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış - İTTİHAM
Azərbaycanda COVİD-19: daha 1 690 yeni yoluxma
Koronavirusdan ölən polis kapitanının yerinə TƏYİNAT - FOTO
{sape_links}{sape_article}