Son dəqiqə
İdman
1-07-2023, 16:47
144
“Qarabağ” bu gün Avstriyada ikinci yoxlama oyununu keçirəcək
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
“Report”un məlumatına görə, “köhlən atlar” ikinci sınağında Polşa “Legiya”sı ilə qarşılaşacaq.
“Kössen Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Ağdam klubu Avstriyadakı ilk matçında Macarıstan “Ferentsvaroş”u ilə 3:3 hesablı heç-heçə edib.
Yoxlama oyunu
1 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - “Legiya” (Polşa)
Avstriya, “Kössen Arena”.
Qeyd edək ki, “Qarabağ”ın üçüncü rəqibinin adı hələlik bəlli deyil.
XəbərTv.info