Son dəqiqə
4-07-2023, 11:32
131

İlham Əliyev Cozef Baydeni təbrik etdi

İlham Əliyev Cozef Baydeni təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.

Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-nin hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk.
Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-nin səylərini yüksək qiymətləndiririk.

Hörmətli cənab Prezident, bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-lə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Fürsətdən istifadə edərək bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim rifah diləyirəm”.

XəbərTv.info

Digər xəbərlər

Bakıda 1 müəllim yoluxub, 2 şagird və 1 direktor müavini özünütəcrid edib
Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilib
Mühərrik həcmi kiçik olan avtomobillərə tələb sürətlə artır (VİDEO)
Dünyadakı milyarderlərin sayı açıqlandı
Bakıda koronavirusdan ölən direktor və müəllimlərin sayı açıqlandı
"Sədərək" Yusifin əli Mingəçevirə qədər UZANIRMIŞ... - VİDEO
Prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası İSTƏDİ
Dünya bazarında neftin qiyməti
190 manatı almaq üçün təkrar müraciətə ehtiyac yoxdur
Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar?
Mehriban Əliyeva uşaqları təbrik edib
Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO
Laçının 93 sakini doğma yurda yola salınıb -
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
İlham Əliyev: “Bizə kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz"
Hadruta ilk daxil olan həmlə taborunun komandiri həbs olundu - Həyat yoldaşı prezidentə müraciət etdi
ANAMA ləğv edildi
Bakıda azyaşlını döyən şəxs buna müdaxilə edən iki qardaşı da beşbarmaqla döyüb
"Aqrolizinq"i Rövşən Əsgərov kimiləri gözdən salıb... - İTTİHAM
MN: “Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır”
Girov götürülmüş Malinin eks-prezidenti sərbəst buraxıldı
Bahar Muradova kollektivə təqdim edildi
Bakı metrosunda yeni qatarlar xəttə buraxıldı
“Əlimdə 45 dəqiqəlik video var, etiraflar edib...” - Nərminin atası
9 yaşlı uşaq anasını güllələdi - FOTO
Babaşov Qazaxın ən böyük fermer təsərrüfatını kimə satıb? – FOTOFAKT
Türkiyədə maşinistlər qatarı saxlayıb yanğını söndürməyə başladılar – VİDEO
Ötən il elektron qolbaq tətbiq edilən məhkumların sayı AÇIQLANDI
Zeynəb Xanlarovanın bacısı oğlunun işində yeni detallar
Saakaşvili aclıq aksiyasını dayandırdı
{sape_links}{sape_article}