Son dəqiqə
6-07-2023, 17:54
145

Emin Mahmudov Neftçiyə sadiq qaldı - VİDEO

Emin Mahmudov Neftçiyə sadiq qaldı -
“Neftçi”yə sadiqəm. Bir dəfə “ağ-qaralı” olan həmişə “ağ-qaralı” qalır. Qismət olsa, karyeramı elə doğma komandamda bitirməyi düşünürəm”.

Bunu “Report”a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

Futbolçu bildirib ki, heç vaxt bir az daha çox qazanmaq üçün komandadan ayrılmaq haqqında düşünməyib: “Sadəcə, özümü daha reytinqli və güclü çempionatda, fərqli atmosferdə sınamaq istəyirdim. Ona görə də yeni çağırışları dəyərləndirmək fikrinə düşdüm. Sözün düzü, həm Rusiya, həm Türkiyə, həm də bir sıra digər ölkələrdən təkliflər aldım. Amma gəlin, açıq danışaq ki, oynayacağın çempionatdan əlavə, həm də çıxış edəcəyin komanda da önəmlidir. Bu baxımdan təklifləri nəzərdən keçirdim, götür-qoy etdim və son olaraq qərar verdim ki, gələn təkliflərin heç biri altı ildir formasını geyindiyim “Neftçi”dən ayrılmağa dəyməz. Çünki bu klubda özümü həqiqətən xoşbəxt hiss edirəm. Azarkeşlər, klub rəhbərliyi, komanda yoldaşlarım və digərləri, hər kəs məni sevir, hörmət edir, komandanın kapitanıyam. Bütün bu amilləri nəzərə alaraq yekunda doğma klubumda qalmağa qərar verdim”.

Azərbaycan milli komandasının da üzvü olan yarımmüdafiəçi qeyd edib ki, maliyyə məsələlərindəki anlaşmazlıqla bağlı söhbətlərin haradan çıxdığını bilmir: “Əgər məsələ təkcə pul və ya daha çox qazanmaq olsaydı, inanın ki, geridə qalan 6 il ərzində dəfələrlə hətta indikindən də sərfəli şərtlərlə təkliflərim olmuşdu. Amma hər zaman sevildiyim yerdə, mənə doğma olan “Neftçi”də qalmağı seçmişəm”.
Mahmudov azarkeşlərə də səslənib: “Qərar vermək periodu bir az uzun çəkdi. Klub rəhbərliyi sağ olsun, səbirlə gözlədi. Azarkeşlərə yaşatdığım narahatlıq üçün məyusam. Dünyanın ən yaxşı fanatları “Neftçi” azarkeşləridir. Onların temperamenti, qələbə istəyi, çılğın dəstəyi daim məni yeni qələbələrə motivasiya edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda əlimdən gələnin ən yaxşısını edərək, meydanda var gücümlə mübarizə apararaq yenidən onların könlünü ala biləcəyəm. Azarkeşlər də əmin olsunlar ki, bundan sonra da meydanda daha istəkli, daha yaxşı Emin görəcəklər. Komandamın uğurları üçün son damla tərimə kimi mübarizə aparacağam”.

Yarımmüdafiəçi bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə, komandanın təlim-məşq toplanışına yola düşdüyünü bildirib: “Çatan kimi məşqlərə start verəcəyəm. Ümid edirəm ki, qarşıdakı “Srvena Zvezda” ilə oyunda meydana çıxıb komanda yoldaşlarıma kömək edəcəyəm”.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”də çıxış edir.



XəbərTv.info

Digər xəbərlər

Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - Fotolar
Ali Baş Komandan: "Biz bu illər ərzində güc toplayırdıq"
Əkbərin toy görüntüləri ilk dəfə efirdə - VİDEO
Baş infeksionist vaksinasiyadan danışdı
“Çelsi” Frenk Lempardı istefaya göndərdi
Vilayət Eyvazov əfsanəvi partizanın nəvəsinə yeni
Fransa ilk hipersəs silahını sınaqdan keçirib
Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib
Ordumuz ermənilərin dayaq məntəqəsini belə vurdu - VİDEO
Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ
Abdin Fərzəliyev qanunsuz tikintiyə niyə göz yumdu? -
Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO
Ermənilər Ağdamda daha bir mülkini yaraladı
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
OPEC+ 9 aprel iclasına ABŞ, Kanada və Britaniyanı da dəvət etdi
Putin Mi-24 helikopteri vurularkən həlak olan heyət üzvlərinin adını açıqlayıb
Ağır atletika Olimpiya Oyunlarından çıxarıla bilər
"Bakcell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb
SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü, 7 yaralı
Bakıda “BakuBus” yandı
Elşən Xəzərlə Orxan Lökbatanlı polis idarəsinə çağrılaraq cərimələndi
İstirahətə gələn dostlar cərimələndi - Foto
Prezident atəşkəsin pozulmasından danışdı
Düşmənə sarsıdıcı artilleriya zərbələri endirildi - VİDEO
Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir
İran XİN: "Heç kimə silah daşımağa icazə verməmişik"
Bakıda nənə və nəvəni maşın vurdu
Azərbaycan badmintonçuları Serbiyada üç medal qazanıblar
AZAL sədri Cahangir Əsgərov 47 min manatlıq gül kompozisiyası alıb
{sape_links}{sape_article}