Son dəqiqə
İdman
10-07-2023, 11:33
52
Azərbaycan gimnastları İtaliyada qızıl və gümüş medal qazanıblar
Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Turin şəhərində keçirilən “Turin Acro Cup”da iki medal qazanıblar.
“Report”un məlumatına görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qızıl medala layiq görülüb.
Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu isə beynəlxalq turniri ikinci pillədə bitirərək gümüş medala sahib çıxıb.
XəbərTv.info