Son dəqiqə
11-07-2023, 11:40
168

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar ələ keçdilər - VİDEO

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar ələ keçdilər -
Daxili İşlər Nazirliyinə sosial şəbəkələrdə Azərbaycan Respublikasının vətəndaşlarının xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadıldığı və külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub.

Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, bu məlumatlar dərhal nəzarətə götürülüb.

Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən “Telegram” sosial şəbəkəsində həyata keçirilib. Həmçinin, araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq, dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib.

Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları Ejiofor Onyekaçu Benedikt və Emere Onyebuçi Xristiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar.
Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları “Philips Tomas Ben” və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər.

Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vəsaitlərini ələ keçiriblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib.
“Sonda bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik”, - dəyə nazirliyinin məlumatında deyilir.



XəbərTv.info

Digər xəbərlər

İlham Əliyev Moskvada Paşinyanla görüşə bilər
Dünya bazarında neft ucuzlaşıb
ABŞ-da 12-ci adam koronavirusa yoluxub
Sakinlərin Şuşaya köçürüləcəyi tarix açıqlandı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda avtomobil evakuatorla toqquşdu
Neft bahalaşıb
Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb
Şəkidə 23 yaşlı qadın intihar edib
Şuşada avtomobil qəzasında xəsarət alan hərbçi 13 gün sonra vəfat etdi
LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN  YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR
Azərbaycanda evdar qadınlara ŞAD XƏBƏR
Ermənistan prezidenti Rusiyaya getdi
İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırıldı – VİDEO
Bu, ən maraqlı parlament seçkisi kimi tarixə düşə bilər...
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
“Al Market”də ƏCAİB MƏNZƏRƏ... - XƏSTƏLİK MƏNBƏYİDİR...
Cəlilabaddakı olayda iştirak edənlərin cəzalandırılması əksəriyyətin tələbidir- VİDEO
Sabiq nazir müavininin həbs müddəti artırıldı
Düşmən növbəti itkilərini açıqladı
6 saylı notariusda pozulan qanunlar... - İDDİA
ABŞ-da fransız buldoq şəhər meri seçildi
Prezident xalqa müraciət edəcək
Son sutkada koronavirusdan 41 nəfər vəfat edib
Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Hərbçilərin maaşlarına əlavələr ediləcək
ANAMA cəbhəyanı rayonlarda mərmilər və silahlar aşkarladı - FOTOLAR
UEFA-dan Nurlan İbrahimova ömürlük qadağa
MN: Azərbaycan Ordusunun minaya düşən hərbçisi şəhid olub
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği bilindi
{sape_links}{sape_article}