Son dəqiqə
13-07-2023, 15:25
192

MİLYARDER FƏRHAD ƏHMƏDOVUN ŞİRKƏTİ XALQA MİKROBLU SU İÇİRİRMİŞ…

MİLYARDER FƏRHAD ƏHMƏDOVUN ŞİRKƏTİ XALQA MİKROBLU SU İÇİRİRMİŞ…
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 26 fərqli adda qablaşdırılmış sularda apardığı araşdırmanın nəticəsinə əsasən 4 su şirkətinin qablaşdırılmış sularında nöqsanlar aşkarlanıb. Nöqsan aşkarlanan qablaşdırılmış sulardan biri də milyarder Fərhad Əhmədova məxsus “Aznar” QSC-nin “Aria” sularıdır.

“Aria” sualında götürülən nümunənin mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib. Sınaq nəticəsi uyğunsuz çıxıb. Uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması barədə icrası məcburi göstəriş verilib, 16 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0.5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib.
“Aria” sularının qablaşdırılmasının üzərində də saxtakarlığa yol verilərək istehlakçı aldadılıb. Qablaşdırmanın içindəki suyun mənbəyi artezian quyu suyu olsa da, qablaşdırmanın üzərinə dağ şəkli vurularaq istehlakçıda dağ suyu təəssüratı yaradılıb.

Mütəxəssislər qeyd edib ki, əgər qablaşdırmadan hər hansısa nöqsan aşkarlanırsa, bu o deməkdir ki, istehsalçı şirkət daha başqa noqsanlara yol verib və gizlətməyə çalışır. “Aria” suları da artezian suyu olmasına bxmayaraq illərdir dağ suyu adı ilə satıldığı üçün o təəssürat yaranır ki, bəlkə heç artezian suyu da deyil.
Digər tərəfdən, suların üzərində “soyuq halda için” qeydi verilib. Mütəxəssislərin fikrincə, əgər şüşənin üzərində bu söz yazılıbsa, bu, onun keyfiyyətsiz olmasının göstəricisidir. Soyuq halda suyun tamı bilinmir. Su otaq temperaturunda yarım saat qaldıqdan sonra onun iyi və tamı bilinir. Bu qeyd isə daha çox mənşəyi məlum olmayan qablaşdırılmış sularda daha çox qeyd edilir.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkədə satılan içməli suların heç də hamısı keyfiyyətli deyil. Ekspert qeyd edib ki, təcrübə göstərir ki, hətta brend sularda belə ciddi keyfiyyət pozğunluğu var:
“Belə sular insan sağlamlığına ciddi təhlükədir. Bəzən sular filtrizasiya olunmamış qablaşdırılır və bazara çıxarılır. Hətta bulaq suyu deyilərək qablaşdırılan bəzi sular Bakı qəsəbələrində filtrdən keçirilərək arteziandan doldurulur. Suyun rəngi, dadı, ətri yoxdur. Buna görə də, onun kran suyu və ya təmizlənmiş su olmasını ayırd etmək istehlakçı üçün çox çətindir”.(Tribunainfo.az)

XəbərTv.info

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}