Son dəqiqə
Dünya
13-07-2023, 15:47
156
Zelenski kofesini baş nazirə təklif etdi - VİDEO
Ukrayna Prezidenti Vladimir Zelenski və Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun Vilnüsdə keçirilən sammitindəki görüşündə maraqlı dialoq olub.
XəbərTv.info xəbər verir ki, görüş zamanı Rutte kofe istəyib. Bu zaman Zelenski ona öz qəhvəsini təklif edib.
Rutte isə Ukraynanın müharibədə olduğunu və Zelenskinin buna daha çox ehtiyacı olduğunu deyib. “Sən müharibədəsən, bu sənin qəhvəndir” - Rutte deyib.