Son dəqiqə
Dünya
17-07-2023, 13:17
177
Kuşadasında istilər səbəbindən başmaqlar asfalta yapışdı - VİDEO
Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda temperatur 45 dərəcəyə çatıb.
XəbərTv.info Türkiyə mediasına istinadən xəbər verir ki, bölgədə çəkilən görüntülər sosial medianın gündəmini zəbt edib. Görüntülərdə havaların isti keçməsi səbəbindən asfaltın əridiyi, vətəndaşların başmaqlarının asfalta yapışdığı görülüb. Başmaqlarını asfaltdan çıxarmaq istəyən vətəndaşlar çətin anlar yaşayıb.