Son dəqiqə
18-07-2023, 14:34
83

Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub - FOTO

Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub -
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.

Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münhendə keçirilən görüş xatırlanıb. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Görüşdə dövlətimizin başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırlayıb.

Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.



XəbərTv.info

Digər xəbərlər

Peyvənd olunmayan müəllimlərə dərs saatı verilməyib?
İlham Əliyev: “Hərbiçilərimizin qisası alınıb”
Metroda sıxlığın aradan qaldırılması üçün nəzarət qrupları yaradıldı
Putin Mi-24 helikopteri vurularkən həlak olan heyət üzvlərinin adını açıqlayıb
Ölkəmizdə ən çox cinayət törədənlər işsizlərdir - Statistika
Yoluxanların sayı açıqlandı
İlham Əliyevin müalicə olunan hərbçiləri ziyarəti zamanı çıxışı  - TAM MƏTN
Xalqın sevgisini hər şeydən üstün tutan bizim Mehriban xanım - FOTO
Bakıda evi tərk edən COVID-19 xəstəsi: “Ürəyim sıxılırdı” - VİDEO
Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı (FOTOLAR)
Azərbaycanlı müğənni ürək tutmasından vəfat etdi - FOTO
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
Erməni valideynlər övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina edirlər
“Azərsu” ASC-nin idarə rəisi 4 min manat cərimələndi
Ermənistanda son sutka ərzində 1500-dən çox yoluxma aşkarlanıb
DİN karantin rejimi ilə bağlı “qaynar xətt” yaratdı
GUAM: Dağlıq Qarabağ Azərbaycanındır
“Beni affet”in aktyorları evləndi - FOTO
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu
Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ
Hərbçinin özünü güllələməsi ilə bağlı cinayət işi açıldı
"Azeri Light" neftinin qiyməti sabit qalıb
Mahir Mirzəyev işdən çıxarılıb? - NƏ BAŞ VERİR?
Dünya bazarında neft qiymətləri necə dəyişib?
“Zaqatalada xəstəxana bazar kimi işləyir”
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
Leyla Abdullayeva Fransada aparılan anti-Azərbaycan kampaniyasını pisləyib
Yeni tikililərdə yaşayanların ödədiyi “komendant pulu” qanunidir? -
Vüqar Səfərlinin cinayət işində Medianın İnkişafı Agentliyi zərərçəkən qismində tanınıb
ABŞ altıncı nəsil qırıcı təyyarəsini nümayiş etdirdi
{sape_links}{sape_article}