Son dəqiqə
18-07-2023, 19:59
94

Sahibə Qafarova Azərbaycan-Ermənistan sülh təşəbbüsü barədə Fuat Oktayı məlumatlandırıb - FOTO

Sahibə Qafarova Azərbaycan-Ermənistan sülh təşəbbüsü barədə Fuat Oktayı məlumatlandırıb -
İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, Fuat Oktayın Türkiyənin vitse-prezidenti, həmçinin Türkiyə və Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.

Spiker qonağı TBMM-in Xarici əlaqələr komitəsinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə Ədalət və İnkişaf Partiyasının qələbəsinin, Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da diqqətlə izlənildiyini qeyd edib. Sahibə Qafarova bildirib ki, Milli Məclisin 30-a yaxın deputatı da müxtəlif beynəlxalq təşkilatların missiyaları çərçivəsində bu seçkiləri müşahidə ediblər.

Söhbətdə Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinin əhəmiyyətini vurğulayıb, yüksəksəviyyəli görüşlərin və danışıqların münasibətlərimizin inkişafındakı rolundan danışıb.

Spiker deyib ki, Türkiyə, hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycanın haqq işini dəstəkləyib. Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan-Türkiyə münasibətlərini yeni səviyyəyə qaldırıb.

İki ölkənin parlamentlərarası əlaqələrindən danışan spiker qarşılıqlı dostluq qruplarının sıx əməkdaşlığını qeyd edib, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, 2014-cü ildə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli əsasda əməkdaşlığının əsasının qoyulduğunu nəzərə çatdıraraq, indiyədək bu formatda səkkiz görüşün keçirilməsinin regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. Spiker parlamentlərimizin digər komitələri arasında da bu formatda əməkdaşlığın faydalı ola biləcəyini diqqətə çatdırıb.

Söhbət zamanı spiker Sahibə Qafarova Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, sülh prosesinin gedişi barədə də məlumat verib. O, Ermənistanın bölgədə yaranmış yeni reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü lazımınca qiymətləndirəcəyinə inamını bildirib.
Azərbaycana səfərindən razılıqla danışan TBMM-in xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevlə dünən keçirdiyi görüş barədə təəssüratını bölüşüb. O bildirib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir.

Fuat Oktay bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının, hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyinə görə bir daha təşəkkürünü ifadə edib.

Söhbət zamanı TBMM-in komitə sədri parlament diplomatiyasının əhəmiyyəti, TürkPA çərçivəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, bölgədə həyata keçirilən nəhəng layihələr barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.





XəbərTv.info

Digər xəbərlər

Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - Fotolar
Ali Baş Komandan: "Biz bu illər ərzində güc toplayırdıq"
Əkbərin toy görüntüləri ilk dəfə efirdə - VİDEO
Baş infeksionist vaksinasiyadan danışdı
“Çelsi” Frenk Lempardı istefaya göndərdi
Vilayət Eyvazov əfsanəvi partizanın nəvəsinə yeni
Fransa ilk hipersəs silahını sınaqdan keçirib
Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib
Ordumuz ermənilərin dayaq məntəqəsini belə vurdu - VİDEO
Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ
Abdin Fərzəliyev qanunsuz tikintiyə niyə göz yumdu? -
Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO
Ermənilər Ağdamda daha bir mülkini yaraladı
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
OPEC+ 9 aprel iclasına ABŞ, Kanada və Britaniyanı da dəvət etdi
Putin Mi-24 helikopteri vurularkən həlak olan heyət üzvlərinin adını açıqlayıb
Ağır atletika Olimpiya Oyunlarından çıxarıla bilər
"Bakcell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb
SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü, 7 yaralı
Bakıda “BakuBus” yandı
Elşən Xəzərlə Orxan Lökbatanlı polis idarəsinə çağrılaraq cərimələndi
İstirahətə gələn dostlar cərimələndi - Foto
Prezident atəşkəsin pozulmasından danışdı
Düşmənə sarsıdıcı artilleriya zərbələri endirildi - VİDEO
Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir
İran XİN: "Heç kimə silah daşımağa icazə verməmişik"
Bakıda nənə və nəvəni maşın vurdu
Azərbaycan badmintonçuları Serbiyada üç medal qazanıblar
AZAL sədri Cahangir Əsgərov 47 min manatlıq gül kompozisiyası alıb
{sape_links}{sape_article}