Son dəqiqə
20-07-2023, 13:25
187

Şantajla pul tələb etməkdə təqsirləndirilən baş redaktorla bağlı QƏRAR

Şantajla pul tələb etməkdə təqsirləndirilən baş redaktorla bağlı QƏRAR
Ali Məhkəmədə Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilmiş jurnalistlər - Asəf Novruzov və Məhsud Səfərovun barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların şikayəti təmin edilməyib.

Xatırladaq ki, “Cia.az” informasiya portalının rəhbəri Asəf Baxşəli oğlu Novruzovun həmin saytın əməkdaşı Məhsud Səfər oğlu Səfərovla əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ittiham olunan şəxslərin hər biri 7 il azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsində araşdırılan işlə bağlı qüvvədə olan hökm dəyişdirilib. Qərara əsasən, Asəf Novruzov və Məhsud Səfərovun cəzası 5 ilə endirilib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.

XəbərTv.info

Digər xəbərlər

Düşmən Goranboy, Tərtər və Ağdamı atəşə tutur
Oqtay Əsədovun həyat yoldaşının şirkəti ötən il 14 milyon gəlir əldə edib (FOTOFAKT)
Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır
“Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir”
Xaçmazda 36 yaşlı kişi güllələndi
Araik Arutyunyan vəzifəsindən azad edildi
Adı qumarda hallanan Fərahil Qəhrəmanovun növbəti qəhrəmanlıqları...
Tramp Ağ Evlə vidalaşdı - VİDEO
Stresə qalib gəlmək üçün bunları edin - Nevroloqdan MƏSLƏHƏTLƏR
Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub
Haitinin prezidenti güllələndi
Azərbaycanda indiyədək 3138 nəfər koronavirusa yoluxub, 1944 nəfər sağalıb, 36 nəfər vəfat edib
3 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric olunub
Pirallahıda iki narkotacir saxlanıldı
Ərdoğan İranda bu musiqi ilə qarşılandı -
Buralarda Azərbaycan qanunları işləmir?.. - İLGİNC İDDİALAR...
Ceyhun Bayramov Pakistana getdi
"Anar Mədətovun toyu olmayıb, olmayacaq da" - FOTO
Quba şəhərinə və Lənkəranın bu kəndlərinə giriş-çıxış dayandırılır
Şahdağ Milli Parkında yanğın başlayıb
Qadın gözdən əlinin ona göz vurduğunu sanıb onu döydü
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Kirayə tutduğu evin içindən çıxanlar hər kəsi şok etdi /FOTOLAR
Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır - VİDEO
Prezident İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib
Sabirabadda şəhid məzarlarının üstünü icra hakimiyyəti götürmür - SƏBƏB + İDDİA
Faiq Ağayev “Eurovision”da
Bakıda bu məktəb də koronavirusa görə BAĞLANDI
Qızılağac Milli Parkının əməkdaşları güllələndi
ABŞ əlavə doza vaksinlə bağlı tədqiqtlara başladı
{sape_links}{sape_article}