Son dəqiqə
20-07-2023, 13:27
288

Xəstəxana əməkdaşı müdir müavininin otağında intihara cəhd etdi - ŞİKAYƏT

Xəstəxana əməkdaşı müdir müavininin otağında intihara cəhd etdi - ŞİKAYƏT
24 saylı Suraxanı Tibb Mərkəzinin kargüzar vəzifəsində çalışan əməkdaşı, 45 yaşlı Nurlana Cavadzadə bir neçə gün öncə intihara cəhd edib.

Demokrat.az xəbər verir ki, Nurlana Cavadzadənin intihara cəhd etməsinə səbəb Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyevin qərəzli töhmət qərarı verməsi olub.

Qanunsuz töhmət alan Nurlana Cavadzadə özünü Suraxanı Tibb Mərkəzinin direktor müavini Südabə Yaqubovanın 4-cü mərtəbədə yerləşən otağının pəncərəsindən atmaq istəyib. Südabə Yaqubova son anda onu intihardan xilas edib.

Nurlana Cavadzadə deyib ki, hadisə təxminən bir həftə əvvəl yaşanıb:

“Məni işdə təkləyiblər. Elə vəziyyətə çatdırıblar ki, direktor müavininin otağının pəncərəsindən özümü atmaq istədim. Məni 3 aydır işimdən uzaqlaşdırıblar, otağıma girməyə qoymurlar, kompüterimi əlimdən alıblar. Yerimə sığorta işçisini gətirib qoyublar. O, bütünlüklə mənim kompüterimə nəzarət edir, əvəzimə məktubları cavablayır. Mənə deyirlər ki, guya hansısa informasiyaları harasa ötürürəm. Əsassız səbəblərdən mənə töhmət veriblər. TƏBİB-ə şikayət məktubu göndərmişəm, yeddi günə rəsmi cavab verilməliydi, hələ də müraciətim cavabsız qalıb. Məni psixoloqa yönəltdilər. O da hansısa psixotrop dərmanlar yazdı. İstəyirdilər ki, həmin dərmanları içim, psixotrop maddənin təsiri altında intihara cəhd etdiyimi desinlər. Müdiriyyət dörd gün əvvəl məni çağırdı otağına. Kadrlar şöbəsinin müdiri Tahirə xanım, İnzibati işlər üzrə direktor müavini Xanlar Əlimuradov, Texniki təminat-təchizat idarəsinin müdiri Habil Rəhimov, Həmkarlar İttifaqının sədri Lalə xanım orada mənə qarşı yığışmışdılar. Hərəsi əlində bir aktla məni günahkar çıxarırdı”.

N.Cavadzadənin sözlərinə görə, onu rəsmi qurumlara yazdığı məktubları geri götürməyə vadar edirlər:
“Müdiriyyət mənə deyir ki, TƏBİB-ə yazdığım şikayət məktubundan imtina et, de ki, psixotrop maddənin təsiri altında intihara cəhd etmisən. Əgər haqlıdırlarsa, niyə məni şikayətimi geri götürməyə məcbur edirlər?!

İşimdə hər zaman məsuliyyətli olmuşam. Bu işdə keçmiş müdiriyyət Aybəniz Sanıyevanın birbaşa əli var. Kadrlar şöbəsinə dedim ki, əmrimi verin. Əmrin üzərinə yeni direktorun adını yazıblar. Kadrlar şöbəsinin müdiri məndən soruşur ki, əmrə kimin adını yazım? Dedim ki, indiki müdirin adını yaz. O isə imzalamaqdan imtina etdi ki, bu, mənim dövrümdə olmayıb. Əgər ştat cədvəlində mənim kargüzar vəzifəsində çalışdığım qeyd olunubsa, niyə mənim masamın arxasında başqa şöbənin əməkdaşı oturmalıdır?! Kollektivlə münasibətim yaxşı olub həmişə. Yeni müdir gələndə mənə dedi ki, haqqınızda eşitmişəm. Demək, sadaladığım şəxslər ona haqqımda yanlış məlumatlar veriblər”.

Məsələ ilə bağlı TƏBİB hələlik açıqlama verməyib.

XəbərTv.info

Digər xəbərlər

Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - Fotolar
Ali Baş Komandan: "Biz bu illər ərzində güc toplayırdıq"
Əkbərin toy görüntüləri ilk dəfə efirdə - VİDEO
Baş infeksionist vaksinasiyadan danışdı
“Çelsi” Frenk Lempardı istefaya göndərdi
Vilayət Eyvazov əfsanəvi partizanın nəvəsinə yeni
Fransa ilk hipersəs silahını sınaqdan keçirib
Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib
Ordumuz ermənilərin dayaq məntəqəsini belə vurdu - VİDEO
Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ
Abdin Fərzəliyev qanunsuz tikintiyə niyə göz yumdu? -
Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO
Ermənilər Ağdamda daha bir mülkini yaraladı
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
OPEC+ 9 aprel iclasına ABŞ, Kanada və Britaniyanı da dəvət etdi
Putin Mi-24 helikopteri vurularkən həlak olan heyət üzvlərinin adını açıqlayıb
Ağır atletika Olimpiya Oyunlarından çıxarıla bilər
"Bakcell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb
SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü, 7 yaralı
Bakıda “BakuBus” yandı
Elşən Xəzərlə Orxan Lökbatanlı polis idarəsinə çağrılaraq cərimələndi
İstirahətə gələn dostlar cərimələndi - Foto
Prezident atəşkəsin pozulmasından danışdı
Düşmənə sarsıdıcı artilleriya zərbələri endirildi - VİDEO
Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir
İran XİN: "Heç kimə silah daşımağa icazə verməmişik"
Bakıda nənə və nəvəni maşın vurdu
Azərbaycan badmintonçuları Serbiyada üç medal qazanıblar
AZAL sədri Cahangir Əsgərov 47 min manatlıq gül kompozisiyası alıb
{sape_links}{sape_article}