Son dəqiqə
21-07-2023, 18:14
306

KTN-nin keçmiş işçisi yeni nazirə ÜZ TUTDU - FOTO

KTN-nin keçmiş işçisi yeni nazirə ÜZ TUTDU -
Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu KTN rəhbəri Məsnun Məmmədova xitabən bir araşdırma materialı təqdim edib.
Həmin materialı DİA.AZ vasitəsilə nazirə ünvanlayan KTN-nin sabiq əməkdaşı bildirir:

"Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan ,əmlakı və torpaqları dövlət mülkiyyətində olan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin (VÖEN 1005599801) Zərdab Rayonu Bəyimli qəsəbəsi ərazisində olan torpaqlarına aid kiçik bir araşdırmadır. Torpaq Aktına dair Sənədlərdən göründüyü kimi Azəraqrar MMC -nin Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində 3299 hektar cəmi torpaq sahəsi vardır. Bundan cəmi 350 hektarı əkin torpağıdır.

Göründüyü kimi 28 avqust 2019 cu ildə Azəraqrar MMC -nin Torpaq Aktları o cümlədən Zərdab Rayonundakı torpaq sənədinin əsli itmiş və etibarsız sayılmışdır. Amma buna baxmayaraq 26 dekabr 2019 cu ildə nazirliyin məsul əməkdaşı Fuad Səlimov torpaq sənədlərinin əsli əsasında təsdiq edilib qeydi apararaq əkin sahəsini bəyan etmişdir və müəssisə subsidiya almışdır.

Müəssisənin 350 hektar əkin sahəsi olsada 2020 ci ilin məhsulu üçün 550 hektar (2021 ci ildə 700 hektar)sahə üçün bəyan verərək 200 hektar qeyri əkin təyinatlı torpaq sahəsi üçün subsidiya almışdır.(2021 ci ildə 350 hektar) KTN bu kimi halların qarşısını almaq əvəzinə öz tabeliyində olan müəssisəyə subsidiya yazmışdırlar.Bütün 5 hektardan yuxarı sənədlərin çıxarışla əvəz olunması tələbini son bəyanda avtomatik qeyd etsələrdə sonradan 26 yanvar 2023 cü il tarixdə əvvəlcə ilkin sonra isə yekun təsdiq etmişdirlər(bəyan 400 hektar ).Son 4 ildə Kənd Təsərrüfatı Nazirliyi öz tabeliyində olan müəssisəyə qeyri əkin təyinatlı torpaqlara subsidiya hesablamaqla qanunu pozmuşdur. Bütün 5 hektardan yuxarı torpaqların aqrokimyəvi analizi ,bütün 10 hektardan yuxarı torpaqların aqrar sığortası olmadan subsidiya hesablanmır. Zərdab rayonunda 5 hektardan yuxarı torpağı olan şəhid ailələrinə belə güzəşt etməyən Nazirlik bu qətiyyəti niyə öz müəssisəində etmir. Hər iki gözdən əlilin ,danışa və hərəkət edə bilməyən dializ xəstəsinin ,himayəsində birinci qurup əlil uşaq olan əri vəfat etmiş qadının subsidiya məbləğini qanunsuz alıb iddiası ilə sənədlərini hüquq mühafizə orqanlarına göndərən ,subsidiya kartlarını blokladıb bütün vəsaiti geri çəkən Nazirlik səlahiyyətliləri və hüquq mühafizə orqanları ,hesablama palatası ,vergi və maliyyə orqanları KTN və Azəraqrar MMC-nin bu əməllərinə niyə səssiz qalır. Sənədlərin araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərən,obyektivlik imitasiyası yaradan Kənd Təsərrüfatı Nazirnin müavini Sarvan Cəfərov ,aparat rəhbərinin müavini Fuad Mayılov eyni qətiyyəti qeyd etdiyim sənədə münasibətdə etmir.Ən maraqlısı odur ki bu məsələlərlə məşğul olan müstəntiq (Orxan Məmmədov)bütün Kənd Təsərrüfatı Nazirliyinin bu işə cavabdeh olan əməkdaşlarını,səlahiyyət sahiblərini məsuliyyətdən kənarda saxlayaraq bütün işləri yalnız fermerlərin üzərində qurur.

Qanunsuz subsidiya alıb iddiası ilə həm fermer həmdə icra nümayəndəsi olan İntizam Məmmədovdan prokurorluğa şikayət edərək həm işdən azad edən ,həm subsidiya məbləğlərini geri tələb edən Zərdab Rayon İicra hakimiyyəti başısı Cənab Mərdan Camalzadə ,Zərdab rayon Prokuroru Cənab Zaur Əliyev bu məsələlərdə nədənsə ,hansısa bilmədiyimiz səbəbdən səssiz qalırlar. Nazir Məcnun Məmmədovdan bu məsələləri nəzarətə götürməsini ,yenidən araşdırılma aparılmasını ,günahkar cavabdeh şəxslərin cəzalandırılmasını xahiş edirəm..."



XəbərTv.info

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}