Son dəqiqə
24-07-2023, 10:32
149

İntim videolar çəkən FHN-in sabiq polkovniki yenidən hakim qarşısına çıxır

İntim videolar çəkən FHN-in sabiq polkovniki yenidən hakim qarşısına çıxır
Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 25-nə təyin edilib.

Şikayət hakim Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.

Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın şikayətçidirlər. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə polkovnik 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib.

Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonunadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

XəbərTv.info

Digər xəbərlər

Həsən Ruhani Şərqi Azərbaycana səfər edəcək
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Xaçmazda narkotikə görə üç nəfər saxlanılıb
İlham Əliyev: “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik”
Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar
Son sutkada 45 nəfər koronavirusdan öldü
Bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib
COVID-19 testlərinin maya dəyəri 40 manatdır
Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov
Bu gün akademik Arif Paşayevin doğum günüdür
Çavuşoğlu yenidən Bakıya gəldi
Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu
Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi
Fransada silahlı hücum olub, 3 jandarm öldürülüb, 1-i yaralanıb
Nazirdən Mirqafar Seyidovun yerinə təyinat
İlham Əliyev Ərdoğanı təbrik etdi
Ermənilərin polkovniki ağır yaralandı, polkovnik-leytenantı isə məhv edildi
Cənab Prezident, Mingəçevirdə seçki saxtalaşdırılıb! - 7 NAMİZƏDİN MÜRACİƏTİ
İşğaldan azad edilmiş ərazilərdə xristian abidələri istifadəyə veriləcək
ABŞ alimlərindən ŞOK: İnsan öləndən sonra…
Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi
“Qarabağ” və “Neftçi”nin yeni liqada qruplara düşmək üçün son şansı
Paşinyan Medvedevlə görüşəcək
Sərnişin daşıyan koronavirus xəstəsi haqda cinayət işi başlandı
Bakıda hipermarketə basqınla bağlı həbs edilənlərin sayı artıb: Məhkəmə başlayır -
İtaliyada vulkan püskürdü - Video
Bakı metrosunda oğlan qıza TƏCAVÜZ ETDİ - Qızın ürəyi getdi
Yenidən Qazaxıstanın Baş naziri təyin olundu
Azərbaycan ən çox hansı ölkələrə məhsul satıb? - FOTO
Sabahdan bu şəxslərin vaksinasiyasına başlanılır
{sape_links}{sape_article}