Son dəqiqə
İqtisadiyyat
25-07-2023, 12:08
133
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
XəbərTv.info xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,14 ABŞ dolları, yaxud 2,5% artaraq 86,29 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.