Son dəqiqə
25-07-2023, 12:11
161

Xanımlara pulsuz qəlyan təklif edən restoranlar – “Bu, hiylədir”

Xanımlara pulsuz qəlyan təklif edən restoranlar –
Son illər şəhərin bir çox restoran və PUB-larında bu tip elanlara tez-tez rast gəlmək olur: “Xanımlara qəlyan pulsuz”, “Xanımlara içki pulsuz”.
Bəzən sosial şəbəkələrdə bu tip kampaniyalar sərt tənqid olunur və iddia edilir ki, əslində, elanın mahiyyəti başqadır. Bu, yüngül əxlaqlı qadınların kafenin daimi müştərisinə çevrilməsinə xidmət edir və s.

Bəs görəsən, bu elanların verilməsinə səbəb nədir? Burda məqsəd gender balansını qorumaqdır, yoxsa, qadınların hesabına restorana müştəri cəlb etmək?
XəbərTv.info xəbər verir ki, Məsələ ilə bağlı Yenisabah.az-a danışan qida mütəxəssisi, ekspert Ağa Salamov bildirib ki, bu restoranların marketinq strategiyasıdır:
“Bu, marketinq hiyləsidir. Çox vaxt PUB sistemində bundan istifadə olunur və xanımlara qəlyan pulsuzdur deyilir. PUB-a müştəri cəlb etmək üçün onlar bu cür kampaniyalar başladırlar. Xanımlar bu kampaniyadan yararlanmaq üçün restorana üz tutduqda avtomatik müştəri artımı olur.
Bu üsuldan təkcə PUB-lar istifadə etmir. Çox vaxt prestijli restoranlar, tanınmış iaşə obyektləri də bəzi üsullara əl atırlar. Məsələn, hər hansı məşhur bloger xanımlardan biri həmin məkanda, şüşə önündə, hər kəsin görə biləcəyi bir yerdə əyləşir. Bununla da kənardan onu görənlər düşünürlər ki, qlamur bir bloger burada oturubsa, deməli burada xidmət və keyfiyyət yaxşıdır. Bu, biznes xarakterli addımlardır”.
Ekspertin sözlərinə görə, bəzən restoranlar müştəri cəlb etmək üçün müxtəlif marketinq hiylələrinə əl atırlar:
“Bəzənsə restoranlar ailəvi şəkildə məkana gəlmiş şəxsləri pəncərə qarşısında əyləşdirirlər. Burada hədəf kənarda keçən insanların ailəni görməsini təmin etməkdir. İnsanlar çöldən bu mənzərəni gördükdə içəri daxil olub xidmətə baxmaq istəyirlər. Düşünürlər ki, insanlar ailəsi ilə gəlib burada oturubsa, yəqin ki, xidmət yüksəkdir.
Çox vaxt həmin restoranlara girəndə görürsən ki, orta boşdur, amma insanları qıraqlarda otuzdurublar, bu, xüsusən günorta saatlarında olur. Bəzi hallarda marketinq hiyləsi məhz budur – müştəriləri, xüsusən də xanımları pəncərə qarşısında otuzdurmaq, yaxud hansısa blogerlə danışıb onun gəlib restoranda oturmasını təmin etmək. Əsas olan odur ki, kənardan görünsün ki, içəridə kimsə var. İçəridə olanlar məşhur şəxslər olduqda bu, daha da avantajlı olur”.

Digər xəbərlər

Abdin Fərzəliyevin Nurlan Həsənova tapşırdığı şirkət 2000 min cərimələndi -
ABŞ-da fransız buldoq şəhər meri seçildi
Əzələ ağrılarından uzaq olmaq üçün yediklərinizə diqqət edin
Düşmən yeni itkilərini açıqladı
Hacı Şahin Həsənlinin yutubdakı videolarını silənlərin məqsədi nədir? - VİDEO
Şəhid ailələrinə 11 min manat veriləcək - RƏSMİ
Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib? - AÇIQLAMA
Dünya bazarında neft qiymətləri
Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış?
Sosial iş yerləri və peşə hazırlığı təşkilində şəhid ailələrinə üstünlük veriləcək
Yatanda məhkəməyə verəcəyini dedi, oyananda geri çəkildi...
Prezident bir sıra hərbi qulluqçulara orden verdi - SƏRƏNCAM
Rusiya heyəti sülhməramlılar barədə müzakirələr üçün Ankaraya yollandı
Putin Rusiya şirkətlərinin lizinqə götürdüyü təyyarələrin qeydiyyatı haqqında qanunu imzalayıb
Milli Məclisin sədri Sahibə Qafarova Vyanada  Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib
Ədliyyə Nazirliyi yanğınla bağlı açıqlama yaydı
İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak etdi
İlham Əliyev: “Bəzi kəndlər haqda bu gün də məlumat verə bilərik”
Prezident: “Bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər”
Son sutkada yoluxanların sayı 3000-i ötdü
Oqtay Şirəliyevlə bağlı ilginc iddialar (FOTO)
Tədris nə vaxt başlayacaq? - RƏSMİ
DTX keçirdiyi əməliyyatın görüntülərini yaydı
Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ
Ukraynada hərbi təyyarə qəzaya uğradı: 25 nəfər öldü
Eks-deputat Əsabil Qasımov Moskvada 2 mehmanxana tikir
Rusiya hərbi gəmilərinin Bakıya gəlməsini necə qiymətləndirmək olar? (ŞƏRH)
Mikayıl İsmayılov vətəndaşın torpağını zəbt edib - İTTİHAM VAR!
Restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılır
Keçmiş icra başçısının oğlunun məhkəməsi başlayır
{sape_links}{sape_article}