Son dəqiqə
25-07-2023, 12:14
232

Taksi şirkətləri gediş haqlarını ARTIRDI: Hansı daha sərfəlidir?

Taksi şirkətləri gediş haqlarını ARTIRDI: Hansı daha sərfəlidir?
Xəbər verdiyimiz kimi, bu gündən etibarən “Bolt”, “Uber” və “Yango” taksi şirkətləri qısa məsafələr üçün qiymətləri artırıb. Buna görə də artıq müştərilə qısa məsafə gedişlərində minimal olaraq 2,50 manat ödəməli olacaqlar.

Bizim.Media məsələnin aktuallığını nəzərə alaraq, adıçəkilən şirkətlərin məsafəyə görə qiymətləri nə qədər artırması ilə bağlı araşdırma aparıb.

“Bolt” yaxın məsafəyə 2.50 manat, uzaq məsafəyə isə 9.33 manata aparır

Məsafəyə görə qiymətlərin nə qədər qalxdığını öyrənmək üçün əvvəlcə “Bolt” tətbiqində məsafələri yoxladıq. Ofisimizin yerləşdiyi Səməd Vurğun küçəsi 53, World Biznes Mərkəzi, 17/3 ünvanından əvvəlcə təxminən 1,4 km-lik məsafədəki 28 may metrostansiyasına germək üçün tələb olunan məbləği yoxladıq və aydın oldu ki, bu ünvana getmək üçün ekonom və “Bolt” taksilərinə 2.50 manat ödəmək lazımdır.

Pik saatlarda isə bu dəyər 2.75 manatdan da yuxarı olur. “Bolt” taksiləri Gənclik və Elmlər Akademiyası metrostansiyasına və Bakı Dövlət Universitetinə 2.50 manatdan, Nizami, Nərimanov və Sahil metrosiyalarına, eləcə də H.Əliyev Mərkəzinə isə 2.75 manatdan aparır.

Ondan yuxarı məsafələrə isə şirkətin taksiləri 3.25 manatdan da yuxarı qiymətə aparırlar. Belə ki, Heydər Əliyev prospektində yerləşən “Baku City Rezidence” otelinə getmək üçün həm “ekonom”, həm də “Bolt” taksilərinə 3.36 manat, “Komfort” taksiyə isə 5,50 manat ödəməliyik. “Koroğlu” metrostansiyasına getmək üçün “ekonom” və “Bolt” taksiləri 3.31 manat, “komfort” isə 5.40 manat tələb edirlər.

Həm “ekonom”, həm də “Bolt” taksiləri ilə Bakı Beynəlxalq Avtovağzalına getmək üçün 4.45 manat. “Komfort” taksi ilə isə 6,60 manat tələb olunur.

Mehdiabad qəsəbəsinin Şeyx Məhəmməd Xiyabani küçəsi 46 - C ünvanına getmək üçün şirkətin ekonom və “Bolt” taksilər 7,26 manat istəyirlər.

Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi - 30 ünvanına getmək üçün 3.60 manat, Binəqədi qəsəbəsi, 10 May küçəsi – 115 ünvanına getmək üçünsə 3.96 manat, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsinə getmək üçün 4,56 manat ödəmək lazımdır.

Heydər Əliyev Hava Limanına isə “ekonom” taksiləri ilə getmək 9,33 manata, “Komfort” taksiləri ilə getmək 14,40 manata, “Bussines” xidmətindən yararlanmaq isə 21.40 manata başa gələcək.

“Uber” taksilərinin qiyməti 2.50-6.30 manat arasında dəyişir

Araşdırma apardığımız növbəti tətbiq “Uber” taksi şirkətinə aiddir. Bu tətbiqlə World Biznes Mərkəzinən 28 May metrostansiyasına getmək üçün taksi sifarişini yoxladıq və bəlli oldu ki, bunun üçün 2.50 manat tələb olunur.

Gənclik, Nizami, Sahil və Elmlər Akademiyası metrostansiyalarına, eləcə də Bakı Dövlət Universitetinə getmək üçün 2.50 manat, H.Əliyev Mərkəzinə və Heydər Əliyev prospektində yerləşən “Baku City Rezidence” otelinə və Nəriman Nərimanov metrosuna isə 2,7 manat ödəmək tələb olunur.

Bakı Beynəlxalq Avtovağzalına getmək üçün isə 2,80 manat ödəmək lazımdır. “Koroğlu” metrostansiyası üçün də eyni ödəniş istənilir. Şeyx Məhəmməd Xiyabani küçəsi 46 - C ünvanına getmək üçün sifarişi yoxladıq və aydın oldu ki, bu ünvan üçün müştərilərdən 6.10 manat istənilir. Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi - 30 ünvanına getmək üçünsə 2.70 manatdan keçmək lazımdır. Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsinə getmək üçün taksi sürücüsünə 3.50 manat, Binəqədi qəsəbəsi, 10 May küçəsi – 115 ünvanına getmək üçünsə 3.40 manat ödəməliyik.

Heydər Əliyev Hava Limanına bu şirkətin taksisi ilə getmək üçün müştəriyə 6,30 manat lazımdır.

“Yango” üçün yaxına 2.50 manat, uzağa getmək üçün isə 14.80 manat ödəməliyik
Araşdırma apardığımız üçüncü tətbiq isə “Yango” şirkətinə məxsusdur. Şirkətin taksiləri ilə ən yaxın məsafəyə - 28 may metrostansiyasına getmək üçün 2.50 manat, Nizami küçəsi – 23 ünvanında yerləşən Təzəpir Məscidinə getmək üçünsə 2.50 manat ödəmək lazım gələcək.

Gənclik, Nizami, Sahil və Elmlər Akademiyası metrostansiyalarına, eləcə də Bakı Dövlət Universitetinə getmək üçün də 2.50 manatınızdan keçməlisiniz. H.Əliyev Mərkəzinə 2,70 manatdan, “Baku City Rezidence” otelinə 3,0 manatdan, Nəriman Nərimanov metrosuna isə 2,6 manatdan getmək lazımdır.

Bakı Beynəlxalq Avtovağzalına və Koroğlu metrostansiyasına gemək üçün 2.80 manat, Rəsulzadə qəsəbəsinə getmək üçün də 2.80 manat istənilir. Ancaq Mehdiabad qəsəbəsinin Şeyx Məhəmməd Xiyabani küçəsi 46 - C ünvanına getmək üçün 8,0 manat ödəniş olunmalıdır.

Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi - 30 ünvanına getmək üçünsə taksiyə 2.70 manat verəcəksiniz. Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsinə getmək üçün 3.90 manat, Binəqədi qəsəbəsi, 10 May küçəsi – 115 ünvanına getmək üçünsə 4.40 manat ödəməliyik.
Heydər Əliyev Hava Limanına bu şirkətin “ekonom” taksiləri ilə getmək 5.80 manata, “Komfort” taksiləri ilə getmək 9,10 manata, “Bussines” xidmətindən yararlanmaq isə 14,40 manata başa gələcək.(Bizim.Media)

XəbərTv.info

Digər xəbərlər

Minatəmizləmə Agentliyinin bölmə rəhbəri minaya düşdü
Xankəndi Polis Şöbəsində yeni təyinat
İşğaldan azad olunan Decal kəndinin görüntüləri - VİDEO
Bakının mərkəzində müəmmalı QANUNSUZ TİKİNTİ-
Düşmənin texnika itkiləri açıqlandı
"Millinin baş məşqçi postuna 32 namizədimiz var"
Parlament nümayəndə heyətinin Macarıstana səfəri davam edir
DSX Vətən müharibəsindən real döyüş kadrları ilə sənədli film təqdim etdi
Naxçıvanda hərbiçilər: "Bizə mülki paltar geyindirib, tikintidə qul kimi işləməyə aparırlar."
Azər Bayramov klanı hələ də iş başındadır…
Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı - Siyahı
“AzTV-ni bir küpəgirən qarı zəbt edib”
Afrində türk əsgəri şəhid oldu
"Bütün cəbhə boyu gərgin döyüşlər davam edir"
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub
Hikmət Hacıyev düşmənin mülki əhaliyə qarşı təxribatlarının dünənə olan siyahısını açıqladı
Paşinyanla Putin arasında telefon danışığı olub
ABŞ-da qaz kəmərində güclü partlayış - VİDEO
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Onik Qasparyan Baş Qərargah rəisidir – Paşinyanın qərarı LƏĞV OLUNDU
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda "Milana Hospital"ın “pul tələsi”... – Pasiyentlər “soyulur”...
ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT
Lənkəranda 14 yaşlı yeniyetmə itkin düşüb
Nazir: “Təklif olunur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən bərpa edilsin”
Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb
Azərbaycanın ən intizamsız klubu bəlli oldu
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Ana və iki övladı heroin alverinə görə saxlanıldı
Xəzərdə zəlzələ olub
{sape_links}{sape_article}