Son dəqiqə
25-07-2023, 19:00
195

Varidatının sayı-hesabı bilinməyən icra başçısı, Asif Əsgərov Nəsimi rayonunu 8 ildir sökür… – Nəsimi rayonunda Asif Əsgərovun qohumları hansı statusa malikdir?…

Varidatının sayı-hesabı bilinməyən icra başçısı, Asif Əsgərov Nəsimi rayonunu 8 ildir sökür… –
İcra başçısı dostu Vüqar Səfərliyə tez-tez “bayram payı” göndərir..?
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov barəsində yazmaq üçün ilk olaraq onun ömür yoluna nəzər salmalı olduq.
Deməli, Asif Əsgərov 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib, Uşaq Gənclər İdman Məktəbində təlimatçı-metodist-məşqçi, sonra 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2 sentyabr 2015-ci il tarixdən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədidir. İndi özünüz düşünün, cüdoçunun qısa vaxtda gəlib Azərbaycanın ən böyük rayonlarından birinə, sonra paytaxt Bakının rayonlarına rəhbərlik etməsi adi məsələ deyil. Burada şübhəli məqamlar çoxdur. Bu gün hər küçədə, tində bir idman klubu və Asif Əsgərov kimi cüdoçular da N qədərdir. Niyə onlardan biri karyera qazana bilmir..? Hələ bu harasıdır..?
Allah qoymasa, Asif Əsgərov həm də icra başçısı ola-ola dissertasiya müdafiə edərək elmlər namizədi, alim olub. Asif Əsgərovdan soruşmaq istəyirik ki, sən hansı elm sahəsindən və hansı mövzuda müdafiə eləmisən..? Elm rəhbərin kim olub, Asif müəllim ? Biz hələ Asif müəllimdən soruşmuruq ki, valideynlərin kim olub, ananız kim olub, neçə qardaş-bacın var, onların neçəsi səninlə doğma, neçəsi ögeydir, başqa qardaş-bacıların da varmı..? Bu qarmaqarışıqlığın səbəbi nədir..? Biz etika xatirinə çox dərinə getmirik. Yaxşı olar ki, özünüz bu rüsvayçı məsələlərə aydınlıq gətirəsiniz…
Həə, bir də deyirlər, köhnə dostun, KİVDF-nin sabiq direktoru, hazırda məhbus həyatı yaşayan Vüqar Səfərliyə tez-tez “bayram payı” göndərirsən..? Nə isə bunları qoyaq bir kənara, keçək Asif Əsgərovun əməllərinə… Bu adam 15 ildən çoxdur ki, müxtəlif rayonlara rəhbərlik edir və bütün rayonlarda özünü korrupsioner kimi göstərib. Asif Əsgərovun adı bütün rayonlarda meşələrin, yaşıllıqların qənimi kimi tanınıb. Ölkə mediasında konkret olaraq qeyd olunub ki, Asif Əsgərov tikinti şirkətlərinə ( MTK-lara ) torpaq sahələrini 1 MİLYON MANATA SATIR. Hələ bu harasıdır..? Konkret olaraq millət vəkili Adil Əliyev deyib: “İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir…
Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”. Həmin icra başçısının Asif Əsgərov olması barədə bütün ölkə mediası yazıb. İcra başçısı deyirmiş ki, nə olsun deputatdır, mənim də xərclərim var, 30 min versin, qapını açsın…
Təsəvvür edirsiniz Səbail rayonu paytaxtın strateji ərazisidir. Asif Əsgərov burada icra başçısı olanda dövlət ehtiyyat fondu üçün 1 metr torpaq da saxlamayıb. Belə daşdan keçən faktlar kifayət qədərdir. Biz hələ Asif Əsgərovun oğlunun avtoşluq edərək ölümə səbəb olmasından və sonra rahat şəkildə azadlıqda gəzməsindən bəhs etmirik.
Təsəvvür edirsiniz, məhkəmə qərar çıxardır: “Cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” azad edilsin..” Bir soruşan yoxdur ki, onda elə adam öldürənlərin hamısı pulunu verib, belə bir qərar alsın… Əlbəttə, Asif Əsgərov 1 milyona satdığı torpaqların pulu ilə ən ağır cinayətləri batıracağını düşünür. Amma biz ümid edirik ki, bu ölkədə heç kim cinayət əməllərinə görə cəzasız qalmayacaq. Asif Əsgərov da, oğlu da…. Bəli, heç kim başa düşməsin ki, bizim Asif Əsgərovla və ya oğlu ilə hansısa bir düşmənçiliyimiz var. Bizim bircə düşmənimiz var, ermənilər və onların tör-töküntüləri.
P.S. Mən erməniləri it, onlardan doğulanları isə, itdən süd əmən adlandırıram. (Gündəlik Bakı)

XəbərTv.info

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}