Son dəqiqə
Video
27-07-2023, 14:51
151
Yasamalda çoxmərtəbəli binada yanğın - VİDEO
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
XəbərTv.info xəbər verir ki, hadisə Həsən bəy Zərdabi 84 ünvanında yerləşən yaşayış binasında mənzildə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb edilib. Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.