Son dəqiqə
28-07-2023, 11:19
290

Vasif Talıbovun əlindən alınan `SİRAB`ın SİRRİ - Adicə krant suyudur...

Vasif Talıbovun əlindən alınan `SİRAB`ın SİRRİ - Adicə krant suyudur...
Azərbaycanda yerli mineral suların qiyməti xaricdən, xüsusilə də Gürcüstandan idxal edilən mineral suların qiymətindən baha satılır. Bir zamanlar qəzet satışı məqsədilə "Qasid" mətbuat yayımı firmasının yerinə qoyulan "qəzet köşkləri" indi öz missiyasını tamamilə dəyişərək, qəzetdən başqa nə desən, satır.
Əsasən də yayın istisində insanların ən çox tələbat duyduğu sərin və mineral suları. Ancaq gəl gör ki, yerli məhsul olmasına baxmayaraq, məsələn Naxçıvan MR Babək rayonunun məşhur, bərəkətli Sirab kəndinin torpağından çıxan "Sirab" suyunun yarım litri 80 qəpiyə satılır. Ötən il bu həcmdə olan suların qiyməti köşklər də daxil olmaqla, istənilən mağaza və marketlərdə 40 qəpiyi keçmirdi. İndi necə oldu və nə baş verdi ki, öz torpağımızın milli məhsulu olan həmin mineral suların qiyməti xaricdən gətirilən firma sularından baha satılır? Məsələn, bir zamanlar Gürcüstanın "Borjomi" şirkətinin suları Azərbaycanda bahalı hesab edilən mineral sulardan hesab olunurdu. Lakin bu gün həmin firma "Sirab"ın qiyməti yanında kölgədə qalır.
Köşklərdəki satıcılar "Sirab"ın yerli, qatqısız və təmiz mineral su olduğunu desələr də, vətəndaşların əksəriyyəti bununla razılaşmır və bildirirlər ki, Bakıda satılan "Sirab" sularının Naxçıvandakı mineral "Sirab" suyu ilə heç bir əlaqəsi yoxdur və bu sular krantdan doldurulur: "Bu gün Bakıda hara baxsanız, üzərində "Sirab" yazılan sular görəcəksiniz, qiyməti də bir manata çatır, sabah biri gün elə bir manat olacaq. Deyirlər ki, bu sular Naxçıvandan gətirilən həmin "Sirab" mineral suyudur. Ancaq yalan deyirlər, burda nəinki "Sirab", üzərində tanınmış firma adı yazan nə qədər su çeşidi var ki, heç birinin üzərindən yazılan firma ilə əlaqəsi yoxdur. Bircə Türkiyənin "Erikli" firmasından başqa. O firmanın suyu dəyişdirilmir, əgər dəyişdirilirsə də "Sirab" kimi əndazəni keçmir. Naxçıvanda "Sirab"la birlikdə "Badamlı" mineral suyu da var, ölkənin dörd bir yanına paylanılır, həm də bu sular xüsusi pasterizə edilmiş şüşələrdə satılır, dadından, tamından o dəqiqə hiss olunur ki, bu su şəffaf mineral sudur, krant suyu deyil. Rayon adamları bulaq suyu, mineral su ilə krant suyunu həmin dəqiqə ayırd edə bilir. Bakıda satılan "Sirab"ın Naxçıvanda çıxan "Sirab"la heç bir əlaqəsi yoxdur. Krant suyudur, plastik şüşülərə doldurub, baha qiymətə camaata sırıyırlar" deyə, vətəndaş bildirib.

Köşklərdə satıcılıq edən şəxslər isə müsahibə və çəkilişdən imtina edirlər. Bildirdilər ki, onlara bu barədə "yuxarı"dan icazə verilməyib. Köşkün fotosunu çəkmək isə az qalır ki, "cinayət məsuliyyəti" yaratsın. Satıcı az qala, köşkdən çıxıb, bütün "qətiyyəti" ilə obyekt qarşısında sinəsini sipər edir. Qiymətlərin bahalaşıb, məhsulların keyfiyyətsizləşdiyi bir zamanda işbazların mineral su adı altında vətəndaşları aldadıb, yarım litrlik krant suyunu 80 qəpiyə sırıması bu sahədəki nəzarətsizliyin və özbaşınalığın bariz nümunəsinə çevrilib.

QEYD: Əvvəllər "Sirab"ın sirri çıxdığı torpaqda idi, indi isə doldurulduğu paslı kranda. Ola bilirsə, nuş olsun!
(Bizimyol.info)

XəbərTv.info

Digər xəbərlər

Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin edib
İlham Əliyev: “Mən hər gün özümə bu sualı verirəm”
Məktəb direktoru Vətən müharibəsində şəhid olub
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. (AÇIQLAMA)
Nazir əmr imzaladı: Azərbaycanda yeni peyvənd...
Bu ərazilərdə işıq olmayacaq
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Çin alimlərinin koronavirusa qarşı hazırladıqları peyvənd nəticə verib
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
DƏHŞƏT! Azərbaycanlı yeniyetmə 10 yaşlı uşağı GÜLLƏLƏDİ
Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdi
Murad Muradov vəfat etdi
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı
Gürcüstan Ermənistan ərazisinə hərbi əhəmiyyətli yüklərin daşınmasına qadağa qoydu
MN: “Su-25 təyyarəmiz vurulmayıb”
İlham Əliyev Xocalıda - VİDEO
Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Kəlbəcərin Zar kəndinin görüntüləri
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslərin sayı açıqlandı
Nemət Pənahlının avtomobilini cərimə meydançasına apardılar -
Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Bizim dairəni şəxsi nəzarətinizə götürün"
Azərbaycan Özbəkistana 50 min doza vaksin göndərib - FOTO - VIDEO
Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi
Stolbenberqin Kalininqradla bağlı Rusiyaya xəbərdarlığı