Son dəqiqə
31-07-2023, 16:03
136

Blinkenin Əliyevə zəngi: Ağ Evin yeni planı - TƏHLİL

Blinkenin Əliyevə zəngi: Ağ Evin yeni planı - TƏHLİL
İyulun 29-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi Vaşinqtonun regional konfiqurasiya qurmaqda artan iddialarından xəbər verir.

Yaxın Şərqdə nüfuz itkisi ilə üzləşən, Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi çəpərlərlə əhatə olunan ABŞ-nin Cənubi Qafqaz üzrə planlarını itiləməsi başadüşüləndir.

Blinkenin Əliyevlə danışıqları ABŞ-nin Azərbaycan-Ermənistan sülh gündəliyindəki moderatorluq statusunu qaldırmağa hesablanıb və ümumilikdə Vaşinqton perspektiv üçün regional siyasətini qurcalayaraq nimdaş görünənləri çıxdaş etmək istəyir.

Ağ Evin Azərbaycan-Ermənistan danışıqlar masasındakı vasitəçilik səylərini zəiflədə biləcək əsas faktor Rusiyadır, indi ABŞ çalışır ki, Kreml onun manevrlərini zədələyəcək planı işə salmadan qabaqdangəlmişlik etsin.

Lakin ABŞ ilə Rusiya son zamanlar Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı eyni leksikonla danışırlar ki, bu da Vaşinqton-Moskva arasında sövdələşmə ehtimallarını önə çıxarır.

Bunlar ayrı mövzunun predmeti kimi inkişaf etdirilə bilər, hərçənd, o da bəllidir ki, bütün proseslər və danışıqlar bir-birilə əlaqəli şəkildə cərəyan edir.

Əliyevlə Blinkenin telefon danışığı Azərbaycanın Birinci Qarabağ müharibəsində iştirak edərək azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsinə başlaması məntiqində də maraq kəsb edir.

Çünki Vaqif Xaçatryanın Laçındakı sərhəd-buraxılış məntəqəsində saxlanılması regional şəkilləndirmədə Bakının əlini bərkidəcək elementlər sırasında özünə yer tutur.

ABŞ isə regionda siyasətini təzələməyə çalışsa da, köhnə leksikondan bərk yapışır, “Qarabağda humanitar böhran” tipli tezislərini gündəmdə saxlayır.

Bunun o qədər də önəmi yoxdur, ən azından ona görə ki:

1. Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi qurub və Ermənistandan Qarabağa giriş-çıxışı iti gözlə müşahidə edir;

2. Laçındakı postun sökülməsi müzakirə mövzusu belə ola bilməz, bu baxımdan növbəti danışıqlar həmin postun yaratdığı reallıqların dərk edilməsinə köklənir.
ABŞ bu reallıqlardan yola çıxaraq hərəkət edir, hətta ola bilsin ki, özünün vasitəçilik səylərinin gözünə Azərbaycan hakimiyyəti ilə Qarabağdakı ermənilər arasında dialoqa töhfə vermək ideyalarını da qatır.

Əliyevin Blinkenlə danışıq zamanı “Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışması qəbuledilməzdir” deyə bildirməsi Vaşinqtondan gələ biləcək dialoq üçün vasitəçilik siqnalı ilə əlaqəli ola bilər.

Ancaq ABŞ belə bir prosesdə iddialıdırsa:

- Azərbaycanın suveren maraqlarını nəzərə almalıdır;

- Laçından Qarabağa humanitar yük daşınması cəhdlərinin əleyhinə çıxmalıdır, çünki Ermənistan həmin addımla Qarabağdakı açıq qalan məsələlərin həlli prosesini zədələyir;

- Azərbaycanın Ağdam-Xankəndi yolu ilə ermənilərə yük daşınmasını təşviq etməlidir.

İlham Əliyevin Antoni Blinkenə Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etmək barədəki təklifini xatırlatması eyni məntiq üzərindən əhəmiyyət kəsb edir.

Əliyevlə Blinkenin telefon danışığından çıxan nəticə budur ki, ABŞ Azərbaycan-Ermənistan danışıqları üzrə profilini qaldırmaq üçün yeni masa qurmaq istəyir.

Bu masada son günlər baş verənlər - Ermənistandan Qarabağa yük daşınması cəhdləri, Azərbaycanın Ağdam-Xankəndi yolunu alternativ kimi qabartması - əsas müzakirə mövzusu ola bilər.

ABŞ, həmçinin, Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı ermənilər arasındakı təmaslarda bu zamana qədər nümayiş etdirmədiyi aktivlik göstərməkdə maraqlı tərəf kimi görünür.

XəbərTv.info

Digər xəbərlər

Azərbaycan nefti bahalaşdı
Azərbaycanda bu il "Bitcoin" səfirliyi açılacaq
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Ermənilər Şurnuxunu da yandırırlar
Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... - Səfər Mehdiyevin idarəsi ƏN ZƏİF BƏNDDİR...
Yoluxanların sayı açıqlandı
Türkiyədə azərbaycanlı qadın bıçaqlandı
MN: Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, bir hərbçimiz şəhid olub
“Bakı Marafonu”nun qalibi uqandalı oldu - Maraqlı anlar fotolarda
Vahid Ələkbərov Rusiyada sərvəti artan milyarderlər siyahısında ilk yerdə
Bakıda it qadını sürüdü..
Fərman İsmayılovun öldürülmə anı - VİDEO
Televizora yaxından baxmaq kor etmir — Səhv bildiyimiz 5 məlumat
Hərbçi formasında azad edilən ərazilərə girmək istədilər, saxlanıldılar
"Dəniz Qüdrət" Qurbanov və Həbib Həsənov da yola salınır
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi”
Türkiyə MN: Azərbaycanla birgə keçirilən “TurAz Şahini-2021” təlimləri uğurla başa çatıb
Mikayıl İsmayılovun zavodu` İFLAS HƏDDİNDƏ...
Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - TAM MƏTN
“TikTok”da “kreditə qızıl sataraq” vətəndaşları talayan dəstə üzvləri saxlanılıblar -
Bəhram Bağırzadə vaksinasiyadan yazdı: “Düşünün və düzgün seçim edin”
Son sutkada COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
BMT Azərbaycandan yardım istədi
Kəlbəcər əhalisinin sayı açıqlanıb
Zəngilanın Vəliqulubəyli kəndindən görüntülər - VİDEO
21 yaşlı norveçli İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçu olacaq
Zelenski içkili halda xalqa müraciət etdi -
Azərbaycanın bəzi ictimai-siyasi xadimləri Rusiyaya xidmət edir? - DTX-dən açıqlama
Hesablama Palatası: Ötən il 75 milyon manatlıq səmərəsiz xərc aşkarlanıb
Polis Bərdədə əməliyyat keçirdi, 11 nəfər saxlanıldı - VİDEO
{sape_links}{sape_article}