Son dəqiqə
31-07-2023, 17:04
142

Ukraynada müharibə bu il bitə bilər? - RƏY

Ukraynada müharibə bu il bitə bilər? - RƏY
Artıq ikinci ilə keçən Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə hər ötən dövr daha şiddətli mərhələyə keçir. Müharibə Ukraynada milyonlarla insanı evsiz və işsiz qoyub, ölkə ərazisinin bir hissəsi işğal altındadır. Bu günlərdə bir sıra beynəlxalq və yerli media nümayəndələri bəyanatlarında Qərbin bu il müharibənin nəhayət bitməsi inancında olduğunu bəyan etdilər. Bu fonda Ukrayna Prezidenti Volodimir Zelenski də ordunun daha intensiv və operativ əks-hücuma keçdiyini açıqladı. Ekspertlər bu il müharibənin bitə biləcəyini proqnozlaşdırırlar.

Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatı Yuri Kamelçuk “Report”un Şərqi Avropa bürosuna bildirib ki, həqiqətən, son vaxtlar ölkəsinin Silahlı Qüvvələrinin qələbə nailiyyətləri var:

“Ola bilsin, istədiyimiz kimi tez olmur, amma əks-hücum davam edir. Əminəm ki, nəticə üç amildən – döyüşmək üçün silahın olması, döyüş aparmaq üçün şəxsi heyətin olması və döyüş əhvali-ruhiyyəsindən asılı olacaq. Hansı istiqamətdə irəliləmək və ərazilərimizi necə azad etməklə bağlı oturub kimdənsə məsləhət gözləyəsi deyilik. Bizim Ukrayna ərazisindəki Rusiya işğalçılarından qurtulmaq, hər vilayəti, hər kəndi azad etmək üçün tam hüququmuz var. Buna görə də ilin sonuna qədər döyüş əməliyyatlarının bitib-bitməyəcəyini deyə bilmərik. Əlbəttə, könül istəyərdi ki, döyüş əməliyyatları tez başa çatsın. Bunu sentyabr, oktyabr, ya noyabrda etmək mümkün olarsa, bu, əməliyyatların ilin sonuna qədər başa çatdırılmasından daha yaxşı olardı. Çünki belə olan halda insan həyatlarını qurtaracağıq, bütün hərbi əsirləri, eləcə də Ukraynadan Rusiyaya zorla aparılan şəxsləri, o cümlədən uşaqlarımızı daha tez geri qaytaracağıq. Əlbəttə ki, biz bunun ən qısa zamanda baş verməsində maraqlıyıq.
Ekspertlərin, hərbi analitiklərin müşahidələri isə qoy olsun. Bu, Ukrayna ordusuna qısa zamanda irəliləməkdə yardım edir. Amma hər bir halda bizə sabit silah təchizatı, döyüş vasitələrinin mövcudluğu və əlbəttə ki, pozitiv əhvali-ruhiyyə lazımdır. Hərbçilərin əhvali-ruhiyyəsi isə Ukraynanın işğal olunmuş ərazilərini azad etməyə və hər bir ukraynalının evinə qayıtmasına köklənib”, - o əlavə edib.

XəbərTv.info

Digər xəbərlər

Zakir Fərəcov da eyni qaydada yola salınacaq... - İDDİA
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
“Liverpul”dan tarixi qələbə
İraq Türkiyə ilə sərhədə qoşun yığır
Ukrayna ordusu genişmiqyaslı təlimlərə başladı
TƏBİB-in yeni sədr əvəzi kollektivə təqdim edilib
İrandan gətirilən narkotiki satmaq istəyən şəxs saxlanıldı -
Bakı qeydiyyatlı şəxslər paytaxta necə qayıdacaq? - AÇIQLAMA
Prezident Xələf Xələfova yeni vəzifə verdi
Baba nəvəsini sobaya atıb, yandırdı
Azərbaycanda ət bahalaşacaq -
Mehdiyev onları vəzifədən uzaqlaşdırdı - Yeni şöbələr yaradıldı
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü - FOTO
Çempionlar liqasının pley-off mərhələsinə start verildi
Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub
Azərbaycanda dəhşətli yol qəzası - 10 nəfər xəsarət aldı
Şinşilla işğaldan azad olunmuş ərazimizdə necə peyda olub?
Fazil Məmmədovun yaxın qohumu həbs edildi - “AtaBank” işi keçmiş naziri bitirir
Arutyunyanla görüşən Azərbaycan rəsmiləri kim olub?
“Johnson & Johnson” bu dəfə də saxtakarlıq və ikiüzlülüklə gündəm oldu - FOTO
Toy karvanında "Lexus"la avtoxuliqanlıq etdi
Serj Sarqsyanın yaxın adamı Nikol Paşinyana sui-qəsddə ittiham olundu
Ermənilər Ağcabədini raket atəşinə tutdular: Qəbiristanlıq dağıdıldı
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
Bakıda qadını döydü, maşınına oturub getdi
Uşaqlara 3 yaşa qədər qulluq edən analara yeni hüquq verilməsi təklif edilir
Səlim Müslümovun məhkəməsi yenidən təxirə salındı
Tanınmış gitara ifaçısı oğlu tərəfindən ov tüfəngi ilə qətlə yetirilib
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı
Vilayət Eyvazov karantin rejimini pozanlardan danışdı
{sape_links}{sape_article}