Son dəqiqə
2-08-2023, 11:32
135

ABŞ-li jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər - FOTO

ABŞ-li jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər -
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup ABŞ-li jurnalist və media eksperti Füzuli rayonunu ziyarət edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının təcəssümü olan dağıdılmış, viran qoyulmuş kəndləri, qəsəbələri seyr edib və Merdinli kəndindəki məscidə baxış keçiriblər.

İşğal illərində Qarabağ ərazisində yerləşən bir çox məscidlərin erməni vandalları tərəfindən dağıdıldığı, onların bir qismindən başqa məqsədlər üçün istifadə olunduğu, bəzi məscidlərdə, o cümlədən Merdinli kənd məscidində də mal-qara və donuz saxlanıldığı diqqətə çatdırılıb.
Qonaqlar Füzuli Beynəlxalq Hava Limanı və Füzuli şəhərində salınan yeni yaşayış kompleksi ilə də tanış olublar.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndində olan qonaqlara məlumat verilib ki, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış bu yaşayış məskəninə “Böyük Qayıdış” proqramına uyğun olaraq əhali köçürülüb və bu proses davam etməkdədir. Ağalı kəndində müasir şəhərsalma standartlarının tətbiq olunduğu, ən müasir texnologiyalardan istifadə edildiyi, köçürülmüş əhali üçün bütün infrastrukturun yaradıldığı vurğulanıb. Bildirilib ki, müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər.

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-nin Yel Universitetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (“Fox TV”, CNN, “Al Jazeera”) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (“Caracol TV” and “Canal 1”) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış bloqer Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”ın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildirlər.



XəbərTv.info

Digər xəbərlər

Sabahın hava proqnozu
Azərbaycanlı atlet beynəlxalq yarışda birinci oldu
Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi - VİDEO
"Paşinyanla istənilən vaxt danışmağa hazıram..."
Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
Rəcəbov yenə  Aronyanla qarşılaşacaq
Xoş istirahətlər.
BDU-nu əslində kim idarə edir? - İDDİA
Əhəd Abıyev Daşkəsəni niyə tərk edib? — "Tədbirə qatılmışam"
Sabah 29 dərəcə İSTİ OLACAQ
Hulusi Akar: “Generallarımız və işçilərimiz Qarabağdadır”
“Qurd Qapısı”nda VƏHŞİLİK...
Prezidentdən yeni təyinat
Rüstəm Muradov Hadrutdakı son vəziyyətdən danışdı
Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ
Zakir Fərəcovun Sumqayıtda bələdiyyə oyunu: Sərvis Süleymanov kimdir?
Sel çəkildi: ortaya çıxan görüntülər insanları dəhşətə saldı -
Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb
Həftəsonu nəqliyyatın hərəkəti bərpa ediləcək? - AÇIQLAMA
Əfqan Nağıyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib
Azərbaycanda zəlzələ olub
Sağalanların sayı bu gün də yoluxanları keçdi
Şoyqu sülhməramlıların Qarabağda yerləşdirilməsi planlarından danışdı
Astara sakinindən beş kiloqramdan çox narkotik vasitə aşkarlanıb
MN: "Nazirliyə döyüşlərə qatılmaq istəyən on minlərlə könüllünün müraciəti daxil olub"
Azərbaycanda şirkət rəsmilərinə cinayət işi açıldı
Almaniyada polis komissarı olan azərbaycanlı gözəl - FOTOLAR
Salfetin içində narkotik satılması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı
İlham Əliyev Mixail Qusmanı təltif etdi
{sape_links}{sape_article}