Son dəqiqə
2-08-2023, 16:06
258

Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -

Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

XəbərTv.info DİN-ə istinadən xəbər verir ki, aldatma yolu ilə vətəndaşların bu sahədə məruz qaldığı əsas neqativ hallar sırasında “kreditə pul verilir”, “onlayn qazanc”, “az xərclə çox qazan” və digər başlıqlar altında şirnikləndirici vədlər artmaqdadır. Bunu nəzərə alaraq DİN əməkdaşları tərəfindən növbəti belə talama əməllərində şübhəli bilinən şəxslər rəqəmsal texnoloji metodlarla müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilməklə şəbəkələşmiş qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Qrup üzvləri “Komissiya”, “bank xərcləri” adı ilə aldatdıqları vətəndaşlardan onlayn köçürmə formasında müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçiriblər. Onlar izi itirmək məqsədi ilə pul köçürən şəxslərin hesablarını bloklayıblar və həmin vəsaiti şəxsi hesablara köçürərək nağdlaşdırıblar.
Əməliyyatçılar tərəfindən Bakı şəhərində yerləri müəyyən edilən şəbəkə üzvləri - paytaxt sakini əvvəllər məhkum olunan 1993-cü il təvəllüdlü Kənan Əmrahlı, 2003-cü il təvəllüdlü Raqif Məmmədov, 1994-cü il təvəllüdlü Zahir Xalidoğlu və 1995-ci il təvəllüdlü Emin İsmayılov saxlanılıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə onlarla şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər. Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. Dəstə üzvlərinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Digər xəbərlər

Son sutkada vaksin olunanların sayı açıqlandı
DİM yeni pulsuz sınaq imtahanları əlavə etdi
Müğənni Xatirə efirə çıxmaq üçün pul TƏLƏB EDİR
AZAL rəhbəri Prezidentin iradlarının üzərindən sükutla keçdi
Sabahın hava proqnozu
"Suqovuşan” elektrik stansiyalarından görüntülər
Oğuzda daldalanacaq MEŞƏ QALMAYIB...
“Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur…”
DİN-dən polislə mübahisə edən sürücü ilə bağlı - AÇIQLAMA
Şamaxıda zəlzələ olub
Akif Təvəkküloğlu vəzifəsindən azad edildi
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Şuşa şəhərindən yeni kadrlar - VİDEO
Ramiz Həsənov Xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək, İspaniyada səfir təyin olunub
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb
Həbsdə olan Ağstafanın sabiq icra başçısı koronavirusdan vəfat edib
Qonşusunu 12 manat borca görə öldürübmüş
Füzulinin alınması ilə Ermənistana vurulmuş böyük zərbə
Prezident bu kəndin də adını dəyişdi
Terrora ən çox məruz qalan ölkələrin adları açıqlandı: Türkiyə Avropada birincidir
DİN KİV və sosial şəbəkə istifadəçilərinə müraciət edib
Sabahın hava proqnozu açıqlanıb
DİN-dən hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət aldığı qəza ilə bağlı AÇIQLAMA
AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi
Azərbaycan xaricə ən çox hansı məhsulları satıb? - FOTO
Övladını məktəbə çiynində aparan atanın problemini Müdafiə Nazirliyi həll etdi
Türkiyə hərbçiləri Naxçıvanda
Ceyhun Bayramov Ərdoğanla görüşəcək
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Əsir götürülən Amin və Bayramla bağlı rəsmi açıqlama
{sape_links}{sape_article}