Son dəqiqə
3-08-2023, 19:37
282

Haqqında şikayətlər bitməyən “German Hospital” kimindir?

Haqqında şikayətlər bitməyən “German Hospital” kimindir?
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda “German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində onun səhhətində ciddi problemlər yaranıb:

“Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan sonra məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir”.
Bitməyən şikəyətlər

Nəzərə alaq ki, “German Hospital”dan ilk şikayət edən Roza Zərgərli deyil. Son vaxtlar bu tibbi mərkəzindən çoxsaylı şikayətlər olur. Onlardan bir çoxu yerli media tərəfindən də işıqlandırılıb.

Məsələn Yusif Sadiyev adlı vətəndaş 2018-ci ildə, “German Hospital”da əkiz uşaqlarının dünyaya gəldiyini deyib:

“Hospitaldan doğulan uşaqların yaxşı olduğunu bildirdilər. Lakin, bizə heç bir rəsmi analizin cavabı göstərilmədi. 3 gün sonra isə həkimlər bizə bildirdilər ki, uşaqlardan biri ölü doğulub”.

Başqa bir şikayətçi, paytaxt sakini Türkan Bayramova ötən ilin aprelində yerli mətbuata bildirib ki, “German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub:

“Mən ana olmaq imkanından məhrum olunmuşam, sağlamlığıma ağır zərər vurulub”.

Digər bir şikayətçi isə Vüsal Zeynalovdur. O, iyunun 25-də “German Hospital”ın qarşısında canlı yayım açaraq göz görə-görə həyat yoldaşını bu hospitalda ölümə sürükləndiyini deyib.

“German Hospital” kimə məxsusdur?

Araşdırmalar nəticəsində bəlli olub ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur. Araşdırma zamanı onu müəyyənləşib ki, bu şirkətin külli miqdarda vergi borcu var.

Məlumata görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin hazırda “German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 60 min manatdan çox vergi borcu yaranıb.

Bir il əvvəl Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu olub. O, borcun xeyli hissəsini ödəsə də, hazırda yenə də dövlətə vergi borcu qalmaqdadır.

Qeyd edək ki, İlham Əliyevin hazırda “Qala-R.L” MTK, “NLT” MMC, “Premium Store” MMC, “Servis” Mənzil-Tikinti Kooperativi, “E&S” MMC, “Aqua Safe”, “Dry Tech”, “Aqua Safe H2O” MMC və digər adlı şirkətlərinin olduğu bildirilir.

Xatırladaq ki, İlham Əliyev 2010-2020-ci illərdə Milli Məclisin deputatı olub. O, 2020-ci ilin avqustunda, pandemiya dönəmində qadağanı pozaraq, qızına toy etdiyinə görə 15 sutka həbs olunmuşdu.(Qaynarinfo)

XəbərTv.info

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}