Son dəqiqə
8-08-2023, 11:35
141

Rasim Balayevin doğum günüdür

Rasim Balayevin doğum günüdür
Bu gün Azərbaycan SSR Xalq artisti, aktyor Rasim Balayevin doğum günüdür.

XəbərTv.info xatırladır ki, Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.

1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.

Böyük və çətin rollardan əlavə, Rasim Balayev kiçik rollar da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün, gecəyarısı” kimi filmlərdə o, epizodik rollar oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

1976-cı ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1982-ci ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adına layiq görülüb. 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı (“Atları yəhərləyin” bədii filmində “Səlim bəy” roluna görə) təqdim olunub. 1988-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Digər xəbərlər

Əgər iş həkimlərin insafına qalarsa... - “Artıq evimdə satmağa heç nə qalmayıb”
Baba Rzayev buraları elə günə qoyub ki...
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...
İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı
Şuşan Stepanyan istefa verdi
Bakıda iki bacını avtomobil vurdu
İlham Əliyev Ərdoğanla telefonla danışdı
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
Erməni cütlüklərin “silaha sarılma” təbliğatı - Şərh
Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var
Nizami rayonunda park kimlər tərəfindən işğal olunub? -
Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Gəncədə qadın əri tərəfindən yandırıldı - VİDEO
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
"Bu şəhərdə" Mir Şahini belə parodiya etdi — VİDEO
Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Ağdamda “Park Forest Otel Ağdam” otelinin təməl qoyma mərasimi
Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
Cəlilabad rayon icra başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanıldı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Bakıda 120 mindən çox bina söküləcək
Laçın Məmmədovu güllələyən "Lotu Quli"nin adamı saxlanıldı — VİDEO
{sape_links}{sape_article}