Son dəqiqə
9-08-2023, 10:20
180

Taleh Qaraşov təcrübəli idarəçilik bacarığına sahib olan vəzifə sahibidir

Taleh Qaraşov təcrübəli idarəçilik bacarığına sahib olan vəzifə sahibidir
Məlumdur ki, Lənkəran şəhəri zaman-zaman Respublikamızın dövlətçilik tarixində xüsusi rol oynayan şəhərlərdən biri olub. Buna müxtəlif amillərin varlığı və yaxın tariximizdə baş verən bir çox ictimai-siyasi proseslər səbəb olub ki, bu da Lənkəran şəhərinin adının dillər əzbəri olması ilə nəticələnib. Bütün bunlardan əlavə, ötən illər ərzində adı çəkilən bu şəhərin dövlətçiliyimizin qorunub saxlanması yöndə oynadığı rol, yaxın tariximizdə buraxdığı silinməz izlərin varlığı və s. heç də yaddaşlardan silinməyib.
Belə bir səbəblər üzündəndir ki, zaman-zaman tam əksəriyyətin nəzər-diqqəti Lənkərana yönəlir və bu şəhərə aid ərazilərdə baş verən ictimai-siyasi proseslər, əldə olunan çoxsaylı naliyyətlər, əmələ gələn bir çox nöqsan və problemlər daim müzakirə obyekti də olub. Hal-hazırda bu şəhərə Taleh Azay oğlu Qaraşov rəhbərlik edir. Qeyd edək ki, Taleh Qaraşov Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur və o, Respublikamızın ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilir. Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olur və orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 1987-ci ildə isə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunda (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) ali təhsil alır. Taleh Qaraşovun ixtisası inşaatçı-mühəndis və politoloqdur. Qeyd edək ki, bu şəxs ilk əmək fəaliyyətinə 1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis vəzifəsindən başlayır. 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışır. Artıq 13 ildən bir qədər çoxdur ki, bu şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır.

Əldə etdiyimiz şifahi məlumatlara görə ötən illər ərzində zəngin iş təcrübəsinə, çevik idarəçilik qabiliyyətinə malik olan, Taleh Qaraşov xaraktercə yaradıcı və qurucu şəxsdir. Qəlbində daim xalqına və dövlətinə qarşı sevgi hissi gəzdirən, hər sakinin probleminə diqqətlə yanaşan bu şəxsin əsas amalı, məhz xalqına və dövlətinə bağlı olmaqdır, onu sevməkdir. O da hər kəsə aydındır ki, ŞİH-nin başçısı vəzifəsini daşıyan bu şəxs sakinlərinin problemlərini, onların təklif və istəklərini dinləmək üçün, ötən müddət ərzində mütəmadi olaraq səyyar görüş-qəbullar keçirmişdir. Keçirilən səyyar-görüşlər zamanı sakinlər şəhərin ərazilərində həyata keçirilən abadlıq və quruculuq işlərinə görə, ilk öncə ölkə rəhbərinə, həmçinin şəhərin rəhbərliyinə də dərin minnətdarlıqlarını bildiriblər. Hətta, elə hallar da olub ki, onlar şəhərin ərazilərində əmələ gələn nöqsan və çatışmazlıqların aradan qaldırılmasını icra başçısından xahiş də edirlər. Ölkə rəhbəri Prezident İlham Əliyev bu şəxsə etibar və etimad göstəribsə, deməli Taleh Qaraşovun xarakterik xüsusiyyətini, iş görmək bacarığını, təşkilatçılıq qabiliyyətini və digər göstəricilərini nəzərə alaraq, bu şəxsi Lənkəran ŞİH-nin başçısı vəzifəsinə təyin edir.
Bəli, bütün bunların nəticəsidir ki, Taleh Qaraşov indiyə kimi əldə etdiyi idarəçilik təcrübəsini bir kimsədən əsirgəmir və bu yöndə fəaliyyətini daha da artırır. Adicə bir faktı qeyd edək ki, bu ilin 04 avqustunda ŞİH-nin başçısı Liman şəhər inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirir. Yerli insanların qayğı və problemlərinin öyrənilməsinə, qaldırılan məsələlərin həllinə operativ və ədalətli yanaşılmasına xidmət edən qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak edirlər. Taleh Qaraşov çıxışı zamanı bütün məsələlərin şəxsi nəzarətində olduğunu bildirir. Liman şəhər sakinləri çıxışlarında rayonun rəhbər şəxsləri ilə birbaşa dialoq quraraq qaldırdıqları məsələlərin yerində həll olunmasından, habelə aidiyyəti üzrə müvafiq idarə və müəssisələrə rəsmi müraciət edilməsindən məmnunluqlarını ifadə edirlər.
02 avqustda Vətən müharibəsi şəhidi Axundzadə Kənan Hamil oğlunun doğum günündə ŞİH-nin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, onun məzarını ziyarət edirlər. Məzarı önünə gül dəstələri düzürlər və ruhuna dualar oxuyurlar. Qeyd edək ki, ŞİH-nin əməkdaşları eyni gündə şəhid Kənan Axundzadənin adını daşıyan şirniyat sexinin açılışında da iştirak edirlər. Qeyd edək ki, şəhid Kənan Axundzadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Bundan əlavə, Vətən müharibəsi şəhidi İsmayılzadə Zaur Nizami oğlunun doğum günü ilə bağlı Lənkəran ŞİH-nin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, Qəhrəmanın məzarını ziyarət edirlər, məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar da oxuyurlar. Şəhid Zaur İsmayılzadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
01 avqustda Lənkəran rayonunun İstisu qəsəbəsində Lənkəran şəhəri ilə ABŞ-ın Monterey şəhəri arasında qardaşlaşmış şəhərlər çərçivəsində salınmış “Dostluq Parkı”nın açılışı olur. Açlış tədbirində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramin Qurbanov iştirak edirlər. ŞİH başçısı Taleh Qaraşov bildirir ki, 2011-ci ildən qardaşlaşan Lənkəran-Monterey şəhərləri ötən müddət ərzində daim qarşılıqlı əlaqədə olub, münasibətlərimizin daha da yaxınlaşması üçün mütəmadi ünsiyyət saxlanılıb. Yeni salınan parkda gələcəkdə Monterey günlərinin keçirilməsi təklifi ilə çıxış edən icra başçısı, bu addımın iki şəhər və toplum arasındakı münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəyini bildirir. Ölkəmizin Los-Ancelesdəki baş konsulu Ramin Qurbanov qardaşlaşan Lənkəranla Monterey şəhərləri arasında əlaqələrin davamlılığı və inkişafı baxımından nümunə təşkil etdiyini vurğulayır. Bundan əlavə o, Vətən müharibəsində qazandığımız qələbədən sonra erməni diasporasının Montereydə daha fəallaşdığını ifadə edib və bu baxımdan Lənkəranla Monterey şəhərləri arasındakı münasibətlərin inkişafının daha da genişlənməsinin vacibliyini xüsusi qeyd edib. Bu şəxsin sözlərinə görə, şəhərlər arasındakı qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı və toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporasının fəaliyyətinə müsbət təsir göstərir. Baş konsul buna görə Lənkəran ŞİH başçısına və xanım Nensiyə xüsusi minnətdarlığını bildirməyi də unutmur.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Taleh Qaraşov heç də sıradan bir şəxs deyil. Bu şəxsin gənc yaşlarından olduqca məsul vəzifələri daşıması, bu şəxsin daha da formalaşmasına, daşıdığı hər bir vəzifəsini dolğun şəkildə yerinə yetirməsinə təsir edən əsas amillər olub. Belə bir səbəblər üzündəndir ki, ötən illər ərzində ŞİH-i başçısının rəhbərliyi və şəxsi nəzarəti altında Lənkəranda çoxsaylı layihələr öz həllini tapmışdır. Bu gün də şəhərin bütün sahələrində infrastruktur yeniləşmələri həyata keçirilir və belə bir halın varlığı hər kəsə yeni bir ruh da verir. Yerli sakinlərdən əldə etdiyimiz məlumatlara görə, Taleh Qaraşov əldə etdiyi zəngin iş təcrübəsini, çevik idarəçilik bacarığını bu gün Lənkərana məxsus problemlərin həllinə yönəldir ki, atılan addımları hər kəs görür və lazımi qiymətini də verir.

Rafael Şəkixanov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"Qızıl Qələm" mükafatı laureatı

XəbərTv.info

Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV EDİLDİ
Keçmiş millət vəkilinə cinayət işi açıldı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
MN: "Olmayanı məhv etmək mümkün deyil"
Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov
“Neftçi” bu 3 futbolçu ilə yollarını ayırdı
Statistika Komitəsinin 5 minlik məhəccərləri oğurlandı
“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda Prezidentin iştirakı ilə konfrans keçirilir
Qarabağda daha 5 humanitar mərkəz yaradıldı
QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi?
Günün qoroskopu - 17.03.2020
Alimlərdən şok: Yadplanetlilər artıq aramızdadır
Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonun dalınca getdi
DİN əməliyyat keçirib: Dolları rəsmi məzənnədən baha satan şəxs tutulub - VİDEO
Messi və Suares Bekhemin klubunda birlikdə oynaya bilər
İlham Əliyev Bakıda yol açılışında
Bayramov Gəncəni necə kəndə çevirib... -
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
Baş bankir: "Zəif banklar ölkənin imici üçün problemdir"
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Avropada qazın qiyməti sürətlə artır
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ
UEFA-nın Nurlan İbrahimova verdiyi cəza ədalətlidirmi? – ARAŞDIRMA
Putin, Əliyev, Ərdoğan - dəyişikliklər ərəfəsində unikal ittifaq
“Azəriqaz”ın səhvinə görə abonent pul ödəməlidir?
“İgid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirəm”-Mehriban Əliyeva
Hüseynbala Mirələmovun əxlaqsızlığı - VİDEO
{sape_links}{sape_article}