Son dəqiqə
9-08-2023, 11:32
226

Baş redaktor ona qarşı qurulmuş "tələ"-ni ifşa etdi - FOTO

Baş redaktor ona qarşı qurulmuş "tələ"-ni ifşa etdi -
İki iri məmurun barəmdə hazırladığı mürəkkəb kompozisiyalı həbs planı
Artıq bir neçə yerdən xəbər alıram ki, “xanın trolbaşısı” müxtəlif şəxslərə belə deyib: “Mənim şairə hörmətim var. Məqsədim ona cinayət işi açdırmaq deyildi. Mən sadəcə onun barəmdə səsləndirdiyi ittihamları üzərimdən atmaq üçün məhkəməyə baş vurmuşam”.
Əziz dostlar, eyni sözlər mənə də deyilib. Həmin şəxs ilk dəfə bu barədə fikirləri məhkəmənin hazırlıq iclasından əvvəl telefon danışığımız zamanı demişdi. Açığı, məni buna inandırmışdı da. Mən də hesab edirdim ki, o məni mülki ittiham qaydasında məhkəməyə verib və tələbi yaydığım məlumatı təkzib etməyimdir. Baxmayaraq ki, həmin tələbi yerinə yetirmək imkanım da yox idi, çünki necə deyə bilərəm ki, hörmətli “qızcığaz” şərhini verdiyim o statusu yazmayıb. Axı yazıb. Bununla belə, məhkəmədə aktiv mübarizə modu seçməyəcəyim, hakim nə qərar çıxararsa, ona etiraz etməyəcəyim, qərarı facebook və Ovqat.com-da heç bir şərh vermədən paylaşacağım barədə qarşı tərəflə razılaşmışdım.
Amma bunun sinsicə uydurulmuş yalan olduğunu məhkəmənin ilk iclasında öyrəndim. Anladım ki, bu yalanın məqsədi məhkəmə hökmünün oxunuşuna qədər mənim başımı qatmaq, öz aktiv müdafiəmi qurmağımın qarşısını almaqdır. Çünki mənə xüsusi ittiham qaydasında cinayət işi açılmışdı və 3 il həbsim istənilirdi. Bu həqiqəti məhkəmənin baş tutmayan ilk iclasında öyrəndikdən sonra hakimin gəlməsini gözləmədən zalı tərk edib, prosesə daha ciddi hazırlaşmağa qərar verdim.
Sözsüz ki, bu həqiqəti anlamağımın daha tutarlı əsasları da var idi. Məhkəmənin ilk iclasından hardasa 10 gün əvvəl qulağıma bir məlumat sızmışdı. Məlumata görə, ölkənin 2 güclü məmuru mənim 2 il həbsimə qərar vermişdilər. Bunun üçün hətta mürəkkəb bir plan da qurulmuşdu. Plana əsasən, “xan trolbaşısı”na mühüm bir rol həvalə ediləcək, o məni əvvəl təhqir və söyüş yağmuruna tutaraq təxribata çəkəcək (məlumatı alanda artıq planın ikinci mərhələsi tamamlanmışdı), sonra isə diffimasiya maddələri ilə məhkəməyə verəcəkdi. Amma mən bu maddələrlə həbs olunmayacaqdım. Çünki bu maddələrlə həbsim Azərbaycana beynəlxalq arenada nüfuz gətirməyə və nəticədə ölkə başçısının müdaxiləsi ilə azadlığa buraxıla bilərdim. Odur ki, məhkəmə məni ilk baxışdan yüngül görünən cəza ilə “mükafat”landıracaqdı. Amma bu, elə bir cəza olacaqdı ki, onun icrasından mütləq boyun qaçıracaqdım. Məhz bundan sonra planın növbəti mərhələsi dövriyyəyə girəcəkdi: mənə CM-nin 309-cu maddəsinə əsasən iş kəsiləcək və 2 il azadlıqdan məhrum ediləcəkdim.
Doğrusu, məhkəmədən əvvəl aldığım bu məlumata o qədər də inanmamışdım. Çünki mən bu hakimiyyətdə təmsil olunan şəxslərin (yeri gəlmişkən, aldığım məlumata görə, planın müəllifi “xan” həzrətləri deyil, onun yaxın dostlarıdır) bu qədər mürəkkəb plan quracaq səviyyədə ağıllı olduğunu düşünmürdüm. Bir də “xan trolbaşısı”nın məhkəmədən əvvəl söylədikləri mənə daha səmimi görünmüşdü. Məhkəmənin baş tutmayan ilk iclasında isə adını hələ ki, çəkmək istəmədiyim həmin 2 məmurun ağıl səviyyəsi barədə gəldiyim qənaətimdə nə qədər yanıldığımı anladım. Sən demə, bu məmurlar nəyi də bilməsələr, başqalarına torba tikmək məsələsində şeytana papış hörəcək qədər ciddi ağıl sahibləri imişlər, sadəcə mənim bundan xəbərim yoxmuş.
Hakimin son anda hətta məhkəmə hökmünü saxtalaşdıraraq ora “üzr istəmək” maddəsini salması da sözügedən 2 məmurun nə qədər ağıllı olduğunu göstərirdi. Bəli, həqiqətən də mən nəinki 2 il, hətta 10 il həbsdə yatmağa razı olaram, amma məni bir xanıma yaraşmayacaq qədər ən nalayiq küçə söyüşləri ilə söyən və söyüş kampaniyasını təşkil edən birisindən üzr istəmərəm.
Mənim son zamanlar aktiv şəkildə öz müdafiəmi təşkil etməyimin başlıca səbəbi də budur. Məqsədim üzərimdə qurulan mürəkkəb kompozisiyalı həbs ssenarisinin qarşısını almaq, uduzduğu halda hələ də əlini yerə vurmayan məlum komandanı ədalət və milli maraqlar qarşısında məğlubiyyətini etiraf etdirməkdir. İnşallah, bu hədəfimə çatmaq üçün lazım gələrsə, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyəm. Baxmayaraq ki, Avropa məhkəməsində mənim dosyamın adının “Heydər Oğuz Azərbaycana qarşı” olması ehtimalı yüksəkdir və bu ad ruhumu incidir, ən əsası isə bu kimi dosyalar Azərbaycanın əzəli düşmənləri olan güc mərkəzlərinin də işinə yarayır. Zatən Azərbaycandan başqa bütün xarici dövlətlərə, o cümlədən Rusiyaya, İrana, ermənilərə işləyən məlum komandanın əsas hədəflərindən biri də elə budur. Amma mən bir neçə pisin içərisindən ən yaxşı pisi seçmək məcburiyyətindəyəm və bu pisliyə ya Bakıda, ya Brüsseldə qalib gələcəyimə inanıram.
Yeri gəlmişkən, aktiv özünümüdafiə xətti tutmağımdan narahat olan çevrələr də son zamanlar şəxsimə ünvanladıqları müxtəlif açıq və subliminal mesajlarla məni mübarizəmdən yayındırmağa çalışırlar. Hətta bunun üçün yeni saxta profillər yaradıb subliminal mesajlarını onlar vasitəsilə çatdırırlar. Demək olar ki, məhkəmə prosesi ilə bağlı yazdığım hər statusun altına “6 ay nədir ki, cəzanı qəbul et və sus, yoxsa özünü daha çətin uçuruma yuvarladırsan” mahiyyətli ismarışlar yazılır, ünvanıma üstüörtülü şəkildə təhdidlər göndərilir. Mən hələlik həmin saxta profillərin kim tərəfindən idarə olunmasını müəyyənləşdirməyi Daxili İşlər Nazirliyinin öhdəsinə buraxır, bu barədə təxminlərimi dilə gətirmək istəmirəm. Amma bir gün onu da konkret faktlara əsaslanaraq açıqlayacağam.
Haqqımda həbs fərmanı verən 2 məmurun da adını Apellyasiya Məhkəməsinin gedişi sırasında açıqlamağı düşünürəm. Hələ ki, onlara əllərindən gələni 5 qaba çəkmək fürsəti verirəm.
Heyder Oguz
(Teref.az)



XəbərTv.info

Digər xəbərlər

Ermənistanın Xarici İşlər naziri istefa verdi
"Evim dağılıb, BAXAN YOXDUR, 130 azn pensiya alıram" - VİDEO
Nəcməddin Sadıkovun vəzifəsini kim icra edir?
Sülhməramlı kontingent üçün növbəti təminat vasitələri gətirildi - VİDEO
Koronavirusa yoluxan şagirdlərin sayı açıqlandı
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı açıqlama
“Milan” “Atletiko”ya məğlub oldu
Ağdam Musiqi Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir - Məktəbdə dərs saatları satılır...
Əcnəbilər Azərbaycan banklarındakı əmanətlərini niyə GERİ ÇƏKİR?
Ermənistanda vəzifəlilərin istefası davam edir
İcra başçısı müavinini vəzifədən azad etdi
Göyçə mahalından olan çox sayda ailə Hadruta köçmək istəyir - Prezidentə müraciət
“Faktor Lizinq” MMC-nin sahiblərindən “oğru elə bağırdı ki…” taktikası – Ehtiram Alıyev qanunlardan üstündür?
Düşmənin artilleriya qurğularının məhv edilməsinin - Videosu
Deputatın oğlu da işdən çıxarıldı
DTX Mədəniyyət Nazirliyi ilə bağlı əməliyyat keçirdi
Toylara hansı şərtlərlə icazə veriləcək? – Açıqlama
Sabah Bakıda intensiv yağış yağacaq
Messi və Suares Bekhemin klubunda birlikdə oynaya bilər
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Boliviya parlamentində toqquşma - VİDEO
Abbasov-Zeynalov cütlüyü haqda ilginc iddialar
Kubada Azərbaycan səfirliyi təsis edilir
Ermənistan ölən hərbçilərinin yeni sayını açıqladı
Bahalaşan və ucuzlaşan ərzaq məhsulları – SİYAHI
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər
Koronavirusla bağlı G-20 ölkələrinin fövqəladə iclası keçirildi
Sabah Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayır
Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - VİDEO
Əli Həsənov lüks villasında istirahət edir
{sape_links}{sape_article}