Son dəqiqə
9-08-2023, 12:46
215

Biri layihə hazırlayır, digəri şeir yazır: Sabiq məmurların “içəri”dəki həyatı

Biri layihə hazırlayır, digəri şeir yazır: Sabiq məmurların “içəri”dəki həyatı
Məlum olduğu kimi, son illər Azərbaycanda bir sıra yüksək vəzifəli məmurlar həbs edilib. Onlardan çoxuna hökm oxunaraq cəzaçəkmə müəssisəsinə göndəriliblər, bəzilərinin işi üzrə məhkəmə araşdırması isə hələ də gedir.
XəbərTv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəzifə cinayətləri ilə bağlı həbs edilmiş məmurların cəzaçəkmə müəssisələrindəki vəziyyəti ilə maraqlanıb. Təbii ki, yaxşı həyat şəraitinə öyrəşmiş eks-məmurlar üçün dörd divar arası heç də ürəkaçan deyil. Onların əksəriyyəti demək olar ki, günlərini həkim müayinələrində keçirirlər. Bu sırada sabiq baş prokuror Eldar Həsənovun, Kürdəmir, Cəlilabad, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin sabiq icra başçılarının və general Rövşən Əkbərovun adını çəkmək olar.

Onların arasında gələcəyə daha ümidlə baxanlar, həbsdə zamanlarının səmərəli keçirməyə çalışanlar da var. Həbsdə olanlardan biri Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovdur.

Penitensiar xidmətin istintaq təcridxanasında saxlanılan sabiq icra başçısı məhkumluq həyatı yaşayan əksər vəzifəlilərdən fərqli olaraq pozitiv və ümidlidir. İxtisasca iqtisadçı olan Alimpaşa Məmmədov təcridxanada boş dayanmır. O, iqtisadi sahə ilə bağlı yazılar yazır, layihələr hazırlayır. Hətta bir müddət əvvəl hazırladığı layihələrdən birini müvafiq qurumlara göndərib. Layihənin bəyənilib-bəyənilməməsi ilə bağlı isə məlumat yoxdu.
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev də məhkum həyatı yaşayır.

12 il həbs cəzasına məhkum edilmiş keçmiş icra başçısının seyid nəslindən olduğunu öyrəndik. O, cəzaçəkmə müəssisəsində ibadət edir, gündə 5 dəfə namaz qılır. V.Hacıyev boş vaxtlarında bəzən şeir də yazır.
Polis əməkdaşını döyməyə görə 3 il 6 ay iş verilmiş sabiq deputat Eldəniz Səlimov isə həbs müddətinin yarıdan çoxunu geridə qoyub. Belə desək, darağının son dişlərini qoparır. Qanuna uyğun olaraq o, cəzasının 2/3 hissəsini çəkdikdən sonra azadlığa buraxıla bilər.

Eldəniz Səlimov həbsdə günün əsas hissəsini idmanla məşğul olmağa üstünlük verir. Bundan başqa o, ölkədə və dünyada baş verən ictimai-siyasi xəbərlərlə yaxından maraqlanır.

Yeri gəlmişkən, Eldəniz Səlimov taleyi ilə barışıb, ona görə barəsindəki qərardan kassasiya şikayəti verməkdən də imtina edib.
Həbsxanada özünə qapananlar da var. Bunlardan biri xüsusilə külli miqdarda mənimsəməyə görə 5 il 6 ay müddətinə məhkum edilmiş Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət İdarəsinin sabiq rəisi Zakir Sultanovdur.

Zakir Sultanovu yaxından tanıyanların dediyinə görə o, təbiətən qapalı insandır. Hətta həbsdə məhkum yoldaşları ilə çox ünsiyyətdə olmur. Yeganə məşğuliyyəti isə televiziyaya baxmaqdır.
Bir xüsusiyyət isə həbsdəki sabiq icra başçılarını, məmurları birləşdirir - Hələ ki, onların davranışları ilə bağlı şikayətlər yoxdur...

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}