Son dəqiqə
9-08-2023, 17:06
201

"SHAURMA №1"-i saxta imza ilə adına keçirmək istəyən ŞƏXSİN KİMLİYİ BƏLLİ OLDU - FOTOLAR

"SHAURMA №1"-i saxta imza ilə adına keçirmək istəyən ŞƏXSİN KİMLİYİ BƏLLİ OLDU -
Hurriyyet.az xəbər verir ki, “SHAURMA №1”-nın tanınmış şəbəkəsinin keçmiş direktoru Ceyhun Məhərrəmov bildirib ki, ona Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) “SHAURMA №1” nömrəli əmtəə nişanına hüququnun təsbit edilməsi həmin sertifikat ilə verilmişdir. Lakin vəkilinin araşdırması zamanı məlum olub ki, eyni zamanda, həm buraxılış tarixi, həm də reyestr nömrəsi ilə eyni olan sənəd Teymur İmamverdiyevə də verilib.

Deməli, ilkin olaraq, Ceyhun Məhərrəmovun Teymur İmamverdiyevə hüquqlarının könüllü keçməsi haqqında imza saxtalaşdırıb. Bundan sonra Teymur İmamverdiyev, Standartlaşdırma üzrə Dövlət Komitəsinin məsul şəxslərinin “köməyi ilə” əqli mülkiyyətə sahibliyi barədə saxta sənəd alaraq 3-cü şəxslər vasitəsilə onu öz adına keçirə bilib.

Buna görə, Ceyhun Məhərrəmovun yerinə çəkilən imza, ilkin olaraq ekspertizaya göndərilib, və əlyazma üzrə ekspert Şükür Hüseynovun rəyinə əsasən bilinib ki, “imza kobud şəkildə saxtalaşdırılıb”.

Bundan əlavə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Madriddə (İspaniya) yerləşən mənzil-qərargahı 3 mart 2010-cu il tarixli 2010 0274 reyestr nömrəli “SHAURMA №1”nömrəli əmtəə nişanı hüququn Ceyhun Məhərrəmova aid olduğunu təsdiq edən cavabı elektron məktub ilə göndərib. Həmçinin bu hüququn 2023-cü ilin oktyabr ayının sonuna qədər Belarus, Çin, İran, Qazaxıstan, Ukrayna və Rusiya ərazisində də tanındığı təsdiqlənib.

Nəzərinizə çatdıraq ki, əqli mülkiyyət hüququn “Əmtəə nişanları və coğrafi göstəricilər” üzrə “Sənaye Mülkiyyəti” bülletenində tanınması barədə sənədli sübutlar da vəkili tərəfindən əldə olunub.

Əqli Mülkiyyət Agentlik Ceyhun Məhərrəmovun sözlərini, yəni “SHAURMA №1”-nın şəriklərindən birinin qohumu Teymur İmaməliyevin adına “SHAURMA №1” əmtəə nişanının “yenidən rəsmiləşdirilməsinin” QANUNSUZ olduğunu təsdiqləyib.

Bundan əlavə, Ceyhun Məhərrəmov bildirib ki, “SHAURMA №1” əmtəə nişanının qanunsuz onun əlindən alınması və saxtalaşdırılması xəbəri məlum olduqdan sonra, o, ailəsinin və qonşularının gözü önündə vəhşicəsinə döyülüb. Məhkəmə-tibbi ekspertizası C.Məhərrəmovun sağlamlığına xəsarət yetirdiyini müəyyən etdikdən sonra Xətai prokurorluğunda xuliqanlıq maddəsi ilə cinayət işi açılsa da, bundan sonra isə bu iş ətrafında tamamilə anlaşılmaz manipulyasiyalar başlayıb: iş 36-cı bölmədən Xətai rayon polis bölməsinə, sonra camaatın indi də “qorotdel” adlandırdığı Bakı şəhər Baş Polis İdarəsinə, sonra prokurorluğa, sonra isə yenidən “qorotdel”ə qayıda-qayıda CM-nin 221.3-cü maddədən düşür sanksiyası ağır olmayan maddəyə. Nəticədə hakim Fuad Axundov işi 128-ci maddəyə tövsif edib və döyülmənin bütün iştirakçılarının 9 ay müddətinə şərti cəzası ilə cinayətkarların ürəklərini açıb. Eyni zamanda, Ceyhun Məhərrəmovu isə eyni maddə ilə cəzalandırmağı unudaraq onu köhnə maddə ilə (CM 221) bir il sınaq müddəti cəzalandırırlar. Bundan əlavə, bütün subutların olmasına baxmayaraq prokuror belə həmin qanunsuz tövsif ilə bağlı protest belə vermir. Hazırda isə Ceyhun Məhərrəmov hökmdən şikayət etdiyindən onun işi Ali Məhkəmədə baxılır.

Bunu da qeyd etmək yetər ki, C.Məhərromovu döyən məhkumlar elektron qolbaqlar olmadan ölkədə sərbəst dolaşaraq hər kəsi inandırır ki, onlar hər şeyə qadirdirlər, təkcə hakim və müstəntiqlər deyil, bütövlükdə qanunlar da onlara tabedir.

Aydın məsələdir ki, bütün bunlar saxtakarlıqla əmtəə nişanını sahibinin əlindən alan və özünü də döymələrinə rəğmən faktiki olaraq cəzalanmayan qanun pozanların gücünə yox, qanunun təntənəliliyinə inanmaq istəyənCeyhun Məhərrəmovu narahat etməyə bilməz.







XəbərTv.info

Digər xəbərlər

Zakir Qaralovla bağlı ŞOK İDDİALAR...
Müğənni Aygün Mirzəyevanı oteldə öldürmək istəyən kişiyə hökm oxundu
Bu il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb - FOTO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Müdafiə Nazirliyinin rəsmisi: “Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir”
Popkorn satan gənc özünə yeni iş tapdı
Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib
Ələt-Astara yolunun bu hissəsi pullu olacaq
Azərbaycanda çörəyin və unun bahalaşması gözlənilirmi? - ŞƏRH
Korovanirusa görə Azərbaycan basketbol liqası da dayandırıldı
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladı
Azərbaycanda yüksək vəzifəli şəxsdə koronavirus aşkarlandı
Məşhur model tualetdə özünü asdı - Son mesajı ÜZƏ ÇIXDI - VİDEO - FOTO
Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ
“The Middle East Monitor”: “İnqilab Keşikçiləri Korpusu Azərbaycanda “Hüseynçilər” hərəkatı yaradıb...”
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb
Anar: "İradəni şou-biznesə mən gətirmişəm"
Xocavəndin işğaldan azad olunan Domi kəndindən VİDEOREPORTAJ
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Türkiyədə son sutkada koronavirusdan 95 nəfər ölüb
Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”  - VİDEO
Beynəlxalq səyahətçiləri Qarabağa aparan təyyarə Füzuli aeroportuna endi
Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur
Bakıda müəllimə intihar edib - FOTO
Düşmənin daha bir PUA-sı Ağcabədi istiqamətində məhv edildi
Kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
Hafiz Hacıyev icra başçısı olan qohumu haqda: "Qələt edib deyir ki, guya kirayədə qalır..."
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Serj Sarkisyanın arvadı koronavirusdan öldü
{sape_links}{sape_article}