Son dəqiqə
9-08-2023, 20:55
127

Qurban Qurbanov: “HİK-in təhlükəli və sürətli oyunçuları var”

Qurban Qurbanov: “HİK-in təhlükəli və sürətli oyunçuları var”
“Bu komandanın təhlükəli və sürətli oyunçuları var”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin müdafiə xəttini də fərqləndirib:

“İndi rəqibin güclü, yaxud zəif tərəflərini desəm, düzgün çıxmaz. Amma çox yaxşı müdafiə olunurlar. “Rakuv”un oyun üslubuna yaxın futbol sərgiləyirlər. Buna diqqət etməliyik”.

O, sabahkı matçın komandası üçün vacib olduğunu söyləyib:

“Hazırlığımız pis keçməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi şəkildə oyuna hazırlaşırıq. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək”.

Təcrübəli çalışdırıcının sözlərinə görə, ardıcıl iki uğursuz oyundan sonra komandada gərginlik ola bilər:

“Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir, bu yolla gəlirik. Narahatlığım yoxdur. Bilsəm ki, komandam oyununu itirib, gücü yoxdur, o zaman narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığa nə gərək var? Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamika istədiyimiz kimi olmayacaq. Amma 90 dəqiqə meydandakı oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik”.

Qurbanov yenidən Tofiq Bəhramov adına Respublika stadionunda avrokubok oyunu keçirmələrinə də toxunub:
“Əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə, mərkəzi arena bizə daha yaxşı tanışdır. Çoxdandır, orada oynamırıq. Hər bir halda stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimizi etmişik. İnanıram ki, bu məqamın faydası olacaq”.

Baş məşqçi iki il əvvəl HİK-in “Neftçi”ni Avropa Liqasından kənarlaşdırmasının hazırda ciddi əhəmiyyət kəsb etmədiyini vurğulayıb:

“Keçmişə çox da baxmırıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olur. Rəqibin hazırkı durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi artır. Düşüncəmiz sırf bugünkü HİK-lə bağlıdır”.

O, heyətlə bağlı ciddi problemlərin olmadığını əlavə edib:

“Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Yalnız Marko Veşoviçlə Abbas Hüseynov zədəlidir. Son çempionat oyunundan sonra bəzi futbolçularda mikrozədələr var. Lakin bunun sabahkı oyuna mane olacağını düşünmürəm. Heyətdə ciddi dəyişiklik gözlənilmir”.

Q. Qurbanov Çempionlar Liqasında Polşa “Rakuv”una, Premyer Liqada isə “Zirə”yə məğlubiyyətindən sonra tənqidlərə məruz qalmasına da münasibət bildirib:

“Ölkəmi çox sevirəm. Biz hamımız bu Vətənin övladlarıyıq. Narazılıq, etiraz edirlərsə, bunu övlad kimi düzgün qəbul edirik. Biz də Vətən üçün çalışırıq. Bacardığımızdan da artığını etməliyik ki, bizim ölkəmizə, xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqqında çox da fikir bildirmək istəmirəm. Normal haldır. Mən azərbaycanlıları və Vətənimi çox sevirəm”.

Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

XəbərTv.info

Digər xəbərlər

Hacıbala Abutalıbova da növbə çatdı
Prezident: "Şuşada erməni əhalisi demək olar ki, yox idi"
Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO
İcra başçısı qudası ilə birgə OĞUZU QARƏT EDİR...
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Son sutkada vaksin olunanların sayı açıqlandı
SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?
13 saylı cəzaçəkmə müsəssəsində dözülməz durum yaranıb
Yoluxanların sayı yenidən artdı
Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA
I sinfə qəbul üçün məktəb seçiminə start verilir
Ermənistan kişilərinə ölkəni tərk etmək qadağan edildi
“Qarabağ” pley-offda bu cütün qalibi ilə qarşılaşacaq
Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb, 44 nəfər vəfat edib
Daha 3 rayon qazlaşdırılacaq
Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest
Deputat Könül Nurullayevaya töhmət verildi
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
İcra başçısının Prezidentə dedikləri yalan çıxdı – VİDEO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
 Sumqayıtda “yoxa çıxan” 13 milyon, Mehdiyevin vədi və Zakir Fərəcovun borc skandalı
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Təhsil naziri İslam Universiteti məzunlarının diplom ala bilməməsindən danışdı
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bakı bulvarında intihara cəhd
{sape_links}{sape_article}