Son dəqiqə
10-08-2023, 11:10
196

31 kiloqram 500 qram narkotik vasitənin əsl sahibi, narkotacir nə üçün məsuliyyətə cəlb olunmur?.. - Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin oxuması vacibdir..

31 kiloqram 500 qram narkotik vasitənin əsl sahibi, narkotacir nə üçün məsuliyyətə cəlb olunmur?.. -
Azad deyir ki, sentyabrın 1-də Emin Əsgərovu da azad etdirəcəm...
Emin Əsgərovun həbsdən azad olunmasına həmyerlisi Azad kömək edir?...
10 may 2023-cü il tarixdə APA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla yaydığı məlumatdan bəlli olur ki, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı “KİA” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini, 1983-cü il təvəllüdlü, Əsgərov Emin Xubeş oğlu saxlanılıb. Avtomobilə baxış keçirilən zaman, ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu təxminən 3 ay öncə APA-nın yaydığı rəsmi məlumatdır.
Biz bir media olaraq xeyli sayda vətəndaşımıza fəlakət gətirən narkomaniya ilə mübarizə, bu istiqamətdə dövlətimizə dəstək məqsədilə bu məlumatı sonadək araşdırmaq qərarına gəldik. Və bir neçə gün öncə apardığımız araşdırmanın nəticəsi olan məqaləni dərc etdik.
Xatırlatma üçün qeyd edək ki, polisimiz, hüquq-mühafizə orqanları, digər qurumlar son illər narkotiklə mübarizə yolunda hər cürə riskə gedir və narkotacirləri həbs edirlər. Çox təəssüf ki, min bir əzab-əziyyət hesabına Hüquq Mühafizə Orqanları tərəfindən həbs olunan cinayətkarlar bəzi qüvvələrin hesabına, məhkəmədən azad olunurlar.
APA-nın yaydığı məlumatı araşdırarkən bizə bəlli oldu ki, narkotik maddənin daşınmasında istifadə olunan 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvanın, Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğludur. Onun hazırda yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30.
Təsəvvür edirsiniz, söhbət 5-10 qramdan deyil, 31 kiloqram 500 qram narkotikdən gedir. Həm də bu cinayət əməlində istifadə olunan, nakotikin daşındığı avtomobilin kimə məxsus olması barədə mediada, rəsmi xəbərlərdə bircə cümlə də yoxdur. Görünür, maraqlı qüvvələr bu cinayət əməlini sonadək araşdırmaq istəməyib. Hətta... Birincisi, görəsən cinayətdə istifadə olunan avtomobilin sahibi nə üçün istintaqa cəlb olunmayıb..?
İkincisi, istintaq başa çatmamış həmin avtomobil nə üçün sahibinə qaytarılıb...? Bir vacib məqam da var ki, yenicə kənddən gələn, 83-cü il təvəllüdlü birisi 31 kilo 500 qram narkotikin altına girə biməzdi. 31 kilo sizə zarafat gəlməsin. Deməli bu işin başında daha təcrübəli narkotacir-baron dayanır...
Gəlin görək, avtomobilin sahibi, el arasında Azad deyilən, Cəlilov Azəddin Əbülfəz oğlu kimdir? Və nə üçün Azəddin hər yerdə deyirki, may ayından bugünədək qazandıqlarımın hamısı əlimdən çıxdı... Maraqlıdır, hadisə may ayında baş verib və o gündən bu günədək Azəddinin yığdıqları əlindən çıxıb... Bu məqamda Azəddindən soruşan lazımdır ki, kimlərə nə qədər vermisən ki, canını cəzadan qurtara bilmisən...? Yəqin ki, yaxın zamanda Azəddin istintaqa cəlb olunacaq və o bu suallara cavab verməyə məcbur olacaqdlr. Və Azəddinin tez-tez adından sui istifadə elədiyi yüksək çinli məmurlar ona kömək edə bilməyəcəklər. Araşdırma zamanı işin içərisində olanlardan daxil olan məlumatdan bəlli olur ki, cinayətdə birbaşa iştirakçı olan Əsgərov Emin Xubeş oğlu öz yaxın ətrafına bildirib ki, əgər mən sentyabrın 1-də, 4 aylıq həbs qətimkan tədbiri başa çatarkən azadlığa çıxmasam, əsl cinayətkarın kim olduğunu açıb deyəcəm. Emin Əsgərovun bu ANONS-undan qorxuya düşən Azəddin deyir ki, 150 min vermişəm, Emini qurtaracam...sentyabrın 1-də məhkəmə onu ev dustaqlığına buraxacaq...sonra məsələ bitəcək... Yenə ortaya suallar çıxır: Ay Azəddinsən, nəsən, sən kimsən ölkənin məhkəmə-hüquq sistemini ifşa edirsən..? Sən kimə 150 min vermisən..?
Bir adamın bu qədər arxayın, yekə danışması...dövlətimizin imicinə ləkədir... Ona görə də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevdən xahiş edirik ki, bu cinayətin istintaqı hüquq-mühadizə orqanlarına, Baş prokurorluğa həvalə olunsun. Və cinayət hadisəsində istifadə olunan 99-KU-990 markalı avtomobilin kimə məxsus olması və hadisə zamanı kimin mülkiyyətində olması araşdırılmalıdır. Bu cinayət əməlinin başında duran şəxslərin araşdırılaraq, tapılması və təcili məsuliyyətə cəlb olunması vacib şərtlərdən biridir. Amma mən Elçin Quliyevi ibtidaidən tanıyan bir adam kimi bilirəm ki, o, bu məsələnin yenidən köklü araşdırılması üçün əlindən gələni edəcək. Əgər kimlərsə bu işdə hansısa yanlışlığa yol veribsə...
Ulu öndərimiz həmişə bildirərdi ki, "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". Biz düşünürük ki, bu gün həmin cinayət işi təzələnsə, Azəddin Cəlilovun adı həmin cinayət işində hallanacaq. Çünki, 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin mülkiyyətçisi Cəlilov Azəddin Əbülfəz oğludur. İstintaq başa çatmamış cinayət hadisəsində istifadə olunan, gələcəkdə müsadirə oluna biləcək avtomobilin sahibinə qaytarılması çox ciddi məqamlardan xəbər verir. Bu isə o deməkdir ki, Cəlilov Azəddin Əbülfəz oğlu həm avtomobilini, həm də özünü bu işdən uzaqlaşdırır. Bəs görəsən həmin vaxt hadisə yerindən qaçan şəxs kim olub? Nə üçün sona qədər onun adı hallanmır? Biz hələ Azəddin Cəlilovun mötəbər şəxslər haqqında nələr danışdığını demirik.
Bir məsəl var: Deyirlər niyə qışqırırsan, deyir qorxuduram. Soruşurlar bəs niyə şalvarının arxasındakı düymə də tərpənir? Deyir qorxuram. İndi Azad sən özün fikirləş bu cür situasiyada sən qorxursan, yoxsa qorxudursan?
P.S. Deyirəm görəsən, bu narkotiki gətirib gənclərimizi zəhərləyənlər nə düşünür? Amma Azadı başa salanlar deyiblər ki, sən sakit durma, əgər belə getsə səni də həbs edəcəklər, bizi də.
(gundelik baski.com)

XəbərTv.info

Digər xəbərlər

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq?
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
“Krım könüllüləri birləşməsi” Qarabağdakı separatçı rejimə muzdlu kimi xidmət edib - FOTO
Rus sülhməramlıların Qarabağda xəritə oyunu...
Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?
Azadlıq heykəlini ildırım vurdu
Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü - İDDİA + FOTO
Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Füzulidə minaya düşən mülki şəxs vəfat etdi
ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO
Ermənistanda respondentlərin yarıdan çoxu Paşinyanın istefasını istəyir
Azərbaycanda karantin rejimində ilk yarış keçirilib
Erməni əsgərlər arasında atışma oldu
Gələn il üçün Azərbaycanda koronavirusla mübarizəyə bu qədər vəsait ayrılacaq
Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İtkin düşən hərbçilərin yaxınları İrəvanda etiraza başladı -
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın potensial rəqibləri üz-üzə, millimizin üzvü İrəvanda meydana çıxa bilər
MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ
Şimali Koreya səfiri Cənubi Koreyaya qaçdı
Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi
Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?
Nazirlik bu dəfə Aşağı Şurtandan video yaydı
Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR
Nazirlikdən erməni vandalizmi ilə bağlı Metropolitan Muzeyinin qərəzli mövqeyinə sərt reaksiya
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Sabah 42 dərəcə isti olacaq
{sape_links}{sape_article}