Son dəqiqə
10-08-2023, 15:41
165

Ölkəyə qanunsuz yollarla 91 kiloqram narkotik vasitə gətirən şəxslər tutuldu - VİDEO

Ölkəyə qanunsuz yollarla 91 kiloqram narkotik vasitə gətirən şəxslər tutuldu -
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən iki nəfər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Abşeron rayonu ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar - 1989-cu il təvəllüdlü, Zahid Məmmədov və 1998-ci-il təvəllüdlü Qabil Muradov saxlanılıblar. Həmin şəxslərdən və idarə etdikləri avtomobildən 91 kiloqram, o cümlədən güclü təsirə malik 22 kiloqram heroin, 23 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 46 kiloqram qurudulmuş marixuana və 4 300 ədəd “Metadon” həbi aşkarlanıb.

Araşdırmalarla Zahid Məmmədov və Qabil Muradovun mütəşəkkil dəstə yaradaraq İran vətəndaşı “Səxavət” adlı şəxslə qabaqcadan əlbir olmaqla ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olmaları və narkotiklərin dövriyyəsini təşkil etmələri müəyyən edilib. Dəstə üzvləri narkotikləri Abşeron rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.




XəbərTv.info

Digər xəbərlər

Ermənilərin sıradan çıxarılan texnikası
Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib
Fatih Terimin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
Paşinyan: “Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”
Vüqar İskəndərov: “Füzuli Limanı Qarabağın HAVA QAPISIDIR, vətəndaşlarımız ZƏFƏR SƏFƏRİ edəcək”
İtaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Tbilisidə parlament binası qarşısında aksiya bərpa edildi
Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çata bilər
Bakıda itkin düşən 4 nəfər tapıldı
Yəməndə jurnalistin maşını partladıldı - Özü öldü, əri yaralandı
Nazirin kadrının adı 1,5 milyonluq mənimsəmədə: Aynur Sabitova ilə şirkət arasında skandal –
Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü - FOTO
Naxçıvanda yenidən zəlzələ oldu
İlham Əliyev Oljas Süleymenovu qəbul etdi - FOTO
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
Azərbaycan polisi yeni avtomobillərlə xidmətə başlayıb
Uşaq bağçasının ərzağını belə oğurladılar - FOTOFAKT
5 nəfərə general rütbəsi verildi — SİYAHI
Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Kamran Əliyev Naxçıvanda hərbi qulluqçularla görüşüb -
Krım körpüsündə hərəkət dayandırıldı
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Sabirabadın baş həkimi COVİD-ə yoluxanlardan pul tələb edir? İDDİA
Paşinyan Hərbi Sənaye Komitəsinin sədrini işdən çıxardı
Tanınmış seysmoloq: "Böyük zəlzələ fəlakəti ilə qarşılaşa bilərik"
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Təcili yardım maşını piyadanı vuraraq öldürdü
İntim videosu yayılan direktorla bağlı yeni detallar -
Cəlil Nəzərovla Eşqin Əliyevi kim(lər) və niyə tutdurub? -
{sape_links}{sape_article}