Son dəqiqə
İqtisadiyyat
11-08-2023, 10:18
89
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
XəbərTv.info xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,04 ABŞ dolları, yaxud 0,04% artaraq 91,19 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb