Son dəqiqə
14-08-2023, 19:21
125

Azərbaycan MN: “Qanunsuz erməni silahlıları ərazidə səngərlər qazır, minalar basdırır” - VİDEOLAR

Azərbaycan MN: “Qanunsuz erməni silahlıları ərazidə səngərlər qazır, minalar basdırır” -
“Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.

“Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olmuşdur. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.
Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur.

Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək” – deyə qeyd olunub.







XəbərTv.info

Digər xəbərlər

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda
“Maska meyvə deyil ki, üzərində qurd çoxalsın”
Tibbi maskaların ölkə ərazisindən çıxarılmasına icazə verildi - QƏRAR
Polad Bülbüloğlu: “Ermənistanın hazırkı siyasəti fonunda danışıqlar mənasızdır”
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən - REAKSİYA
İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib -
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir
Ronaldodan dubl, "Yuventus"dan qələbə - Video
Şuşada DTX, polis və agentlik əməkdaşlarından əməliyyat: Xeyli silah-sursat tapıldı -
Günün qoroskopu -  10.01.2020
Ağdamdakı Birgə Monitorinq Mərkəzinin açılışı oldu
YAP-ın deputatlığa namizədi də həbs edildi
Bakının mərkəzində qəza anı kameraya düşdü - VİDEO
Dünya bazarında neft ucuzlaşıb
Sabah 25 dərəcə isti olacaq
Paşinyanla Putin arasında telefon danışığı olub
"Tural Abbaslının çıxışları kütlə psixologiyasına hesablanıb" - Emil Rasimoğlu
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan atletika üzrə dünya çempionatının finalını izləyərkən söhbət ediblər
FHN: Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb
Bakıda avtobusda biabırçılıq - VİDEO
“Times” ilk dəfə “İlin uşağı”nı seçdi
Sahibə Qafarova: Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək
{sape_links}{sape_article}