Son dəqiqə
14-08-2023, 19:56
68

Səbinə Əliyeva beynəlxalq təşkilatlara çağırış etdi

Səbinə Əliyeva beynəlxalq təşkilatlara çağırış etdi
"Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı daha da kəskinləşən nifrət siyasətinə biganə qalmamalıdır".

XəbərTv.info xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, dözümsüzlük mühiti və nifrət nitqi insan hüquqlarının təmininə əsas təhdid kimi çıxış edən amillərdəndir. Hazırda sosial şəbəkələrdə davamlı olaraq azərbaycanlıları hədələyən, ölümlə təhdid edən açıqlamaların verilməsi, təhqiredici ifadələrdən geniş şəkildə istifadə edilməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən Azərbaycana qarşı yaradılmış dözümsüz münasibətin nəticəsidir.

Təəssüflə bildiririk ki, Ermənistan tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı bu məqsədlə atılan addımlar nəinki səngimir, əksinə son zamanlar daha da kəskin şəkil almaqdadır. Bu günlərdə Ermənistanın yerli və beynəlxalq ictimai rəyi çaşdırmağa xidmət edən əsassız təbliğatına dəstək verən bir sıra bəyanatların da iki ölkə arasında ədalətli sülhün təmininə deyil, qarşıdurmanın yenidən alovlanmasına xidmət etdiyini vurğulamaq istərdik.

Bu baxımdan, bir daha bölgədə sülhün bərqərar olunmasının vacibliyini qeyd edir, Ermənistanın hakim dairələrini, nüfuzlu insan hüquqları təşkilatlarını və hüquq müdafiəçilərini beynəlxalq hüququn tələblərinə hörmət etməyə və ədalətli mövqe tutaraq nifrət siyasətinin qarşısının alınmasına dəstək verməyə çağırırıq.

Bildirilib ki, Ermənistanın Azərbaycanofobiya siyasətinin nəticələrini özündə əks etdirən materiallar mütəmadi olaraq monitorinq edilərək beynəlxalq təşkilatların diqqətinə çatdırılır.

Digər xəbərlər

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda
“Maska meyvə deyil ki, üzərində qurd çoxalsın”
Tibbi maskaların ölkə ərazisindən çıxarılmasına icazə verildi - QƏRAR
Polad Bülbüloğlu: “Ermənistanın hazırkı siyasəti fonunda danışıqlar mənasızdır”
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən - REAKSİYA
İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib -
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir
Ronaldodan dubl, "Yuventus"dan qələbə - Video
Şuşada DTX, polis və agentlik əməkdaşlarından əməliyyat: Xeyli silah-sursat tapıldı -
Günün qoroskopu -  10.01.2020
Ağdamdakı Birgə Monitorinq Mərkəzinin açılışı oldu
YAP-ın deputatlığa namizədi də həbs edildi
Bakının mərkəzində qəza anı kameraya düşdü - VİDEO
Dünya bazarında neft ucuzlaşıb
Sabah 25 dərəcə isti olacaq
Paşinyanla Putin arasında telefon danışığı olub
"Tural Abbaslının çıxışları kütlə psixologiyasına hesablanıb" - Emil Rasimoğlu
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan atletika üzrə dünya çempionatının finalını izləyərkən söhbət ediblər
FHN: Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb
Bakıda avtobusda biabırçılıq - VİDEO
“Times” ilk dəfə “İlin uşağı”nı seçdi
Sahibə Qafarova: Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək
{sape_links}{sape_article}