Son dəqiqə
15-08-2023, 18:01
221

“FETÖ daha geniş şəbəkədən ibarət olub, dövlətimizi gücsüzləşdirməyə cəhd edə bilər” - ŞƏRH

“FETÖ daha geniş şəbəkədən ibarət olub, dövlətimizi gücsüzləşdirməyə cəhd edə bilər” - ŞƏRH
“Hazırkı mərhələdə qlobal imperializm milli iradələr üzərində öz hegemonluğunu təmin etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər və çox vaxt bu, yumşaq güc vasitələri olur. Məsələn, biz terroru həmişə qorxu yaradan fiziki hadisə hesab edirdik. Ancaq hazırkı mərhələdə ideoloji terror, inanc sistemlərinə qarşı terror, dinin terrora alət edilməsi kimi hallarla qarşılaşırıq. FETÖ terror təşkilatı da məhz insanların inancı üzərindən siyasi şüuru terrora məruz qoyan bir terrorçuluq hadisəsidir”.

Bu fikirləri XəbərTv.info-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, FETÖ inanclı, imanlı insanlara din adına radikal düşüncələri, milli iradənin və milli mövqeyin əleyhinə olan fikirləri aşılamaqla vətəndaşı öz dövlətinə qarşı terrorçu əməllərə sövq edir:

“Dolayısı ilə FETÖ milli dövləti, milli hökuməti və milli maraqları hədəfə almış olur. Hazırda biz bənzər terrorun müxtəlif nümunələrini görməkdəyik. İdeoloji terrorun müxtəlif formaları ilə üz-üzə gəlirik. Bəzən bu terrorçu cəmiyyətə xeyriyyəçi obrazında təqdim olunur, yaxud islahatçı alim kimi görünür, mömin dini lider adı ilə tanınır. Amma bunların əməllərinin altındakı fəaliyyətin məqsədi məhz vətəndaş-dövlət qarşıdurması yaratmaqla dövləti gözdən salmaq, xalqı dövlətsizləşdirmək, milləti lidersizləşdirməkdir.
Biz hər şeydən öncə Dövlət Təhlükəsizlik Xidmətinə təşəkkür etməliyik ki, Azərbaycanda FETÖ terror təşkilatının bu təhlükəli üzvlərini zərərsizləşdirir, onlara qarşı əməliyyatlar keçirir. Elə son əməliyyatlarda məhz bu şübhə ilə ifşa edilən Qubad İbadoğlu, Fazil Qasımov və digərləri daha geniş şəbəkədən ibarət ola bilərlər. Tutaq ki, bir xeyriyyəçi qismində adı hallandırılan, əslində isə dövlət maraqlarımıza qarşı çıxan biznesmenin də adı burada hallana bilər. Nəticədə FETÖ-Qubad İbadoğlu-Mübariz Mənsimov üçlüyü ölkəmizə qarşı təhdidə çevrilə bilər”.
Deputatın fikrincə, bütün bunları nəzərə aldıqda, qeyd etmək olar ki, bu terror təşkilatlanması daha çox şəbəkəvari təşkilatlanmadır və sistemli fəaliyyətlə məşğuldur:

“Ona görə, onlara qarşı mübarizə də sistemli şəkildə aparılmalıdır. Əminəm ki, Azərbaycanın müvafiq qurumları bu təşkilatlanmalar üzərində ciddi iş aparır və lazım gələndə artıq konkret əməliyyatlar keçirməklə onları ifşa edirlər.

Bu istiqamətdə işlər davam etməlidir. Əks təqdirdə, Azərbaycanın bugünkü gücü belə terror şəbəkələri tərəfindən zəiflədilərək, bizi düşmən qarşısında gücsüz dövlətə çevirə bilər. Azərbaycanın müvafiq qurumlarının keçirdiyi bu əməliyyatlar çox yüksək qiymətləndirilməlidir. Əməllərində terror fəaliyyəti olan şəxslərin məhkəmə-hüquq sistemi vasitəsilə layiqincə cəzalandırılacağına inanırıq”.

Digər xəbərlər

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq?
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
“Krım könüllüləri birləşməsi” Qarabağdakı separatçı rejimə muzdlu kimi xidmət edib - FOTO
Rus sülhməramlıların Qarabağda xəritə oyunu...
Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?
Azadlıq heykəlini ildırım vurdu
Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü - İDDİA + FOTO
Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Füzulidə minaya düşən mülki şəxs vəfat etdi
ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO
Ermənistanda respondentlərin yarıdan çoxu Paşinyanın istefasını istəyir
Azərbaycanda karantin rejimində ilk yarış keçirilib
Erməni əsgərlər arasında atışma oldu
Gələn il üçün Azərbaycanda koronavirusla mübarizəyə bu qədər vəsait ayrılacaq
Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İtkin düşən hərbçilərin yaxınları İrəvanda etiraza başladı -
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın potensial rəqibləri üz-üzə, millimizin üzvü İrəvanda meydana çıxa bilər
MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ
Şimali Koreya səfiri Cənubi Koreyaya qaçdı
Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi
Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?
Nazirlik bu dəfə Aşağı Şurtandan video yaydı
Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR
Nazirlikdən erməni vandalizmi ilə bağlı Metropolitan Muzeyinin qərəzli mövqeyinə sərt reaksiya
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Sabah 42 dərəcə isti olacaq
{sape_links}{sape_article}