Son dəqiqə
15-08-2023, 18:43
195

İran nüvə silahını sınaqdan keçirməyə hazırlaşır? - VİDEO

İran nüvə silahını sınaqdan keçirməyə hazırlaşır? -
Ötən cümə günü, avqustun 11-də “Yerusəlim-post” qəzeti İranın nüvə silahını sınaqdan keçirməyə yaxın olduğu barədə analitik məqalə dərc edib. Məqalə Avropanın üç dövlətinin kəşfiyyat orqanlarının mövzu ilə bağlı 2023-cü ilin ilk altı ayına aid hesabatları əsasında hazırlanıb. Müəllifin “şok hesabatlar” adlandırdığı həmin sənədlərə görə, İran son ilyarım ərzində aktiv şəkildə atom silahı proqramı üçün qeyri-qanuni yollarla texnologiyalar əldə etməyə çalışıb.

Qeyd edək ki, MEMRİ kimi tanınan Orta Şərq Media Araşdırmaları İnstitutu hələ iyun ayının sonlarında ilk dəfə Niderland, İsveç və Almaniya kəşfiyyat xidmətlərinin hazırladığı sözügedən hesabatların ingilis dilinə tərcümələrini öz saytında dərc edib.

Kəşfiyyat məlumatları içərisində ən narahatedici hesabat qısa şəkildə AİVD adlandırılan Niderland Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə məxsusdur. Həmin qurumun bu ilin aprel ayında yaydığı hesabatdan aydın olur ki, İran rejiminin silah üçün lazım olan uranı sürətlə inkişaf etdirməsi onun ilk nüvə sınağı keçirmək imkanını artırır.

Niderland kəşfiyyatının hesabatına görə, İran 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarını çoxaltmağa davam edir, eyni zamanda modern sentrifuqalar vasitəsilə 90% zənginləşdirilmiş uranı əldə edə bilər, bu da nüvə silahı üçün lazım olan səviyyədir.

Sənəddə vurğulanıb ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində əldə edilmiş razılaşmalara artıq məhəl qoymur və getdikcə daha da təkmilləşdirilmiş sentrifuqalar quraşdırmaqla uranı zənginləşdirmə imkanlarını genişləndirir.
Hesabatda o da xüsusi qeyd olunub ki, son bir il ərzində AİVD Niderland Hərbi Kəşfiyyatı ilə birlikdə bir neçə dəfə İranın bu ölkədə nüvə silahının hazırlanması üçün lazım olan materiallar, texnologiya və tətbiqi biliklər əldə etmək cəhdinin qarşısını alıb.

İsveç Təhlükəsizlik Xidməti isə öz hesabatında yazıb:

“İran sənaye casusluğu ilə məşğul olur və bu fəaliyyət əsasən İsveçin yüksək texnologiyalı sənayesinə və nüvə silahı proqramında istifadə oluna bilən İsveç məhsullarına yönəlib”.

Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:



XəbərTv.info

Digər xəbərlər

Zakir Qaralovla bağlı ŞOK İDDİALAR...
Müğənni Aygün Mirzəyevanı oteldə öldürmək istəyən kişiyə hökm oxundu
Bu il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb - FOTO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Müdafiə Nazirliyinin rəsmisi: “Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir”
Popkorn satan gənc özünə yeni iş tapdı
Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib
Ələt-Astara yolunun bu hissəsi pullu olacaq
Azərbaycanda çörəyin və unun bahalaşması gözlənilirmi? - ŞƏRH
Korovanirusa görə Azərbaycan basketbol liqası da dayandırıldı
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladı
Azərbaycanda yüksək vəzifəli şəxsdə koronavirus aşkarlandı
Məşhur model tualetdə özünü asdı - Son mesajı ÜZƏ ÇIXDI - VİDEO - FOTO
Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ
“The Middle East Monitor”: “İnqilab Keşikçiləri Korpusu Azərbaycanda “Hüseynçilər” hərəkatı yaradıb...”
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb
Anar: "İradəni şou-biznesə mən gətirmişəm"
Xocavəndin işğaldan azad olunan Domi kəndindən VİDEOREPORTAJ
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Türkiyədə son sutkada koronavirusdan 95 nəfər ölüb
Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”  - VİDEO
Beynəlxalq səyahətçiləri Qarabağa aparan təyyarə Füzuli aeroportuna endi
Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur
Bakıda müəllimə intihar edib - FOTO
Düşmənin daha bir PUA-sı Ağcabədi istiqamətində məhv edildi
Kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
Hafiz Hacıyev icra başçısı olan qohumu haqda: "Qələt edib deyir ki, guya kirayədə qalır..."
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Serj Sarkisyanın arvadı koronavirusdan öldü
{sape_links}{sape_article}