Son dəqiqə
17-08-2023, 11:48
143

TDT-nin Baş katibi və üzv ölkələrdən olan nazirlərlə ikitərəfli görüşlər keçirilib - FOTO

TDT-nin Baş katibi və üzv ölkələrdən olan nazirlərlə ikitərəfli görüşlər keçirilib -
Türk Tibb Dünyası Konqresi çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüş keçirib.

Görüş zamanı Kubanıçbek Ömüralıyev TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Şuşa şəhərində keçiriləcəyi münasibətilə təbriklərini çatdırıb.

Bu ilin iyul ayında iki dəfə Azərbaycana səfər edərək Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclasında və Şuşa Qlobal Media Forumunda iştirakını bildirən Təşkilatın Baş katibi ölkəmizin müxtəlif beynəlxalq tədbirləri hər zaman yüksək səviyyədə təşkil etdiyini vurğulayıb.

Göstərilən yüksək etimada görə TDT-nin Baş katibinə təşəkkürünü bildirən Teymur Musayev vurğulayıb ki, uğurlu fəaliyyət nəticəsində quruma üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, o cümlədən regional əməkdaşlığın dərinləşməsində Təşkilat mühüm rol oynayır.

“Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin, quruma üzv və müşahidəçi ölkələrin beynəlxalq nüfuzunun və sosial-iqtisadi potensialının artmasını yüksək qiymətləndirir”, - deyə Azərbaycanın səhiyyə naziri qeyd edib.

Teymur Musayev həmçinin öz həmkarları Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovla, Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyatla ikitərəfli görüşlər keçirib.
Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri, uğurlu təcrübə mübadilələri və mütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirə olunub.

Keçirilən ikitərəfli görüşlər çərçivəsində Teymur Musayev qeyd edib ki, 30 illik işğaldan sonra azad olunan əzəli torpaqlarımızda Türkiyə dövləti bərpa-quruculuq işlərinə aktiv şəkildə cəlb olunub və bir çox infrastruktur layihələrində iştirak edir.

Bundan başqa, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan hökumətinin qərarı ilə məktəb, Qazaxıstan hökuməti tərəfindən isə Uşaq Yaradıcılıq Mərkəzi inşa olunur. Həmçinin, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun da uğurla fəaliyyət göstərdiyi vurğulanıb.



XəbərTv.info

Digər xəbərlər

Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıdan kiyevlilərə 30 tondan çox humanitar yardım göndərildi
Distant təhsilin müddəti uzadıldı
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir
İlham Əliyev:  “Atəşkəsin bərpa edilməsi müzakirə mövzusu ola bilməz”
Bayden İlham Əliyevə məktub YAZDI
“Premium Clinic”də gizlədilən ölüm hadisəsi - İTTİHAM
Zakir Həsənov Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisinə təbrik məktubu ünvanlayıb
Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO
Düşmən Zəngilan istiqamətində hücuma cəhd göstərdi: Canlı qüvvəsi məhv edildi
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
1 milyondan çox vətəndaşı yoluxsa da, maskadan imtinaya çağırdı
Partiya sədrindən Sahil Babayevə İTTİHAMLAR... - VİDEO
Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...”
Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalıb
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Yevlax rayon xəstəxanasında baş həkimin otağına yol tualetdən keçir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Bakıda oğul və gəlin birləşib ananı döydülər
Azərbaycanda toyuna bir həftə qalmış qəzaya düşərək ölən oğlanın nişanlısı da vəfat etdi
Azərbaycanda günəş elektrik stansiyası tikiləcək
Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı — VİDEO
Prezident deputatı təltif etdi - FOTO
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Makiyajdan imtina edən dünya ulduzu tanınmaz halda - Fotolar
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
BU `MAHAL` KİMİNDİR BELƏ?.. - ETİRAZ
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
Erməni tərəfi 3330 hərbçisinin öldüyünü təsdiqlədi
{sape_links}{sape_article}