Son dəqiqə
21-08-2023, 10:26
143

Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb - FOTOLAR

Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri bu ölkə KİV-lərində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, yerli mətbuatda yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşünə geniş yer verilib.

“Origo”, “Pesti Stacok”, “Baon”, “24.hu”, “kuruc.info”, “Mahyar Hirlap” və digər xəbər portallarında yayımlanan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündən bəhs olunub. Məqalələrdə iki liderin görüşündə Macarıstanın və Avropanın enerji təhlükəsizliyi, bölgədəki vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə edildiyi vurğulanıb.

“Portfolio.hu” xəbər saytında dərc olunan məqalədə də Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri arasında görüşdə müzakirə olunan məsələlərdən danışılıb. Yazıda, həmçinin Macarıstan hökumətinin hər il 200 azərbaycanlı tələbəyə bu ölkədə təhsil almaq üçün təqaüd verdiyi qeyd olunub. Bundan başqa, Azərbaycan Prezidentinin səfər çərçivəsində Budapeştdə keçirilən atletika üzrə dünya çempionatının yarışlarına baxacağı və Macarıstanın milli bayramı münasibətilə təşkil olunan tədbirdə iştirak edəcəyi bildirilib.

“Haon” portalında yayımlanan “Macarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub” sərlövhəli məqalədə isə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın görüşü ilə bağlı fikirləri təqdim olunub. Xəbərdə iki ölkə arasında strateji əməkdaşlığın uzun müddət mövcud olduğu vurğulanıb, iqtisadi-ticarət əlaqələrinin son vaxtlar sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoyduğu bildirilib. Yazıda Macarıstanın regionda ən böyük təbii qaz anbarına malik olduğu və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulduğu vurğulanıb. Qeyd olunub ki, bu, qarşıdakı dövrdə qazın Macarıstana təhlükəsiz şəkildə nəql olunmasına böyük töhfə verəcək.
Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan ilə Macarıstan arasında bu sahədə əməkdaşlığın qurulmasına 2010-cu illərin əvvəllərində başlanmasının xatırlandığı məqalədə P.Siyartonun bu barədə fikirləri diqqətə çatdırılıb:

“Biz 2010-2011-ci illərdə Azərbaycanla gələcək enerji əməkdaşlığı ümidi ilə əlaqələr qurmağa başlayanda Avropada - Avropa İttifaqında nəinki gülüşlə qarşılandıq, hətta bu əlaqəyə görə bizi tənqid edirdilər. Bu gün bütün Avropa İttifaqının rəhbərliyi müntəzəm olaraq Bakıya səfər edir və bir çox hallarda istənilən Avropa İttifaqı ölkəsi lideri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün çox şey verərdi”.

Məqalədə nazirin işğaldan azad olunmuş ərazilərin bərpası prosesində Macarıstan şirkətlərinin iştirakının ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyi barədə fikri də qeyd olunub. O, Soltanlı kəndinin Macarıstan şirkətləri tərəfindən yenidən qurulacağını və bu işlərə gələn il başlanılacağını qeyd edib.





XəbərTv.info

Digər xəbərlər

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq?
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
“Krım könüllüləri birləşməsi” Qarabağdakı separatçı rejimə muzdlu kimi xidmət edib - FOTO
Rus sülhməramlıların Qarabağda xəritə oyunu...
Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?
Azadlıq heykəlini ildırım vurdu
Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü - İDDİA + FOTO
Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Füzulidə minaya düşən mülki şəxs vəfat etdi
ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO
Ermənistanda respondentlərin yarıdan çoxu Paşinyanın istefasını istəyir
Azərbaycanda karantin rejimində ilk yarış keçirilib
Erməni əsgərlər arasında atışma oldu
Gələn il üçün Azərbaycanda koronavirusla mübarizəyə bu qədər vəsait ayrılacaq
Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İtkin düşən hərbçilərin yaxınları İrəvanda etiraza başladı -
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın potensial rəqibləri üz-üzə, millimizin üzvü İrəvanda meydana çıxa bilər
MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ
Şimali Koreya səfiri Cənubi Koreyaya qaçdı
Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi
Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?
Nazirlik bu dəfə Aşağı Şurtandan video yaydı
Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR
Nazirlikdən erməni vandalizmi ilə bağlı Metropolitan Muzeyinin qərəzli mövqeyinə sərt reaksiya
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Sabah 42 dərəcə isti olacaq
{sape_links}{sape_article}