Son dəqiqə
21-08-2023, 13:48
203

Nizaminin icra başçısı Bədəl Bədəlova BATA BİLMİR?

Nizaminin icra başçısı Bədəl Bədəlova BATA BİLMİR?
"Sizə bu məktubu bir qrup Nizami rayon sakini adından yazırıq. Şikayətimiz isə Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlovdandır. Rayounumuzun NZS adlanan hissəsində, Babək prospektində hektarlarla torpaq sahəsi Bədəl Bədəlov tərəfindən zəbt olunub. Illər uzunudur davam edən işğal prosesi nəticəsində bu ərazidə - Neft Şirkətinin balansında olan bu torpaqlarda bütöv bir şəhər salınıb. Bu şəhərin “memarı” isə Bədəl Bədəlovdur".
Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir. Müraciət müəllifləri daha sonra yazır: "Nizami rayonunun NZS ərazisində hektarlarla torpaq sahəsini “işğal edən” cütlük bu illər ərzində həmin torparlarda hər biri 1,5-2 sot ərazini əhatə etməklə minlərlə ev inşa edib, bu evlərin satışından milyonlarla manat vəsait əldə edib. Halbuki, biz sadə vətəndaşlar özümüzün, övladlarımızın mənzilə, həyətyanı əraziyə olan ehtiyacımızı təmin etmək üçün yarım sot torpaq tapa bilmirik. Bu məqsədlə dəfərlə icra hakimiyyəti və bələdiyyəyə müraciət etsək də, bizə bildirirlər ki, balansımızda rayon sakinlərinə verə biləcəyimiz torpaq sahəsi yoxdur.
Soruşanda ki, bəs niyə NZS-dəki torpaq sahəsindən rayon sakinlərinə 1 sot da olsun torpaq verilmir, İqlar adlı yetkili bildirir ki, o torpaqlar bizim yox, Dövlət Neft Şirkətinin balansındadır və bu torpaqların aqibətinə Bədəl Bədəlov qərar verir.
Artıq neçə ildir ki, Bədəl Bədəlov Nizami rayonu ərazisindəki neft torpaqlarını işğal etmək, bu torpaqlarda fərdi yaşayış evləri tikərək satmaqla məşğuldur. Onun şəxsi ambisiyaları isə Nizami rayon sakinlərini evsiz-eşiksiz qoyur. İş o yerə çatıb ki, dədə-babadan NZS ərazisində yaşayan insanlar belə övladları, nəvələri üçün rayon ərazisindən 1 sot torpaq tapa bilmir.
Neft torpaqlarının zəbt edilməsində bu torpaqların qoprunmasına cavabdeh olan Bədəl Bədəlovun yaxıdnan iştirakı isə xüsusilə təəssüf doğurur. Uzun illər Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi neft torpaqlarının kütləvi zəbtini həyata keçirən Bədəl Bədəlov, bu gün də həmin torpaqlar üzərində şəxsi biznesini davam etdirməkdədir.
Biz bütün əlaqədar dövlət qurumlarından xahiş edirik ki, Bədəl Bədəlovun Nizami rayonu ərazisindəki özbaşınalığına, qeyri-qanuni biznesinə son qoysun. NZS-dəki neft torpaqlarını zəbt olunmasının qarşısını alınsın, bu torpaqlarda inşa edilən tikililər sökülsün. Nizami rayon sakinlərinə məxsus torpaqlardan onların istifadəsinə şərait yaradılsın.
Ümid edirik ki, bu müraciətimiz öz bəhrəsini verəcək və uzun illərdir ki, davam edən bu problem nəhayət ki, öz həllini tapacaq".
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq....

XəbərTv.info

Digər xəbərlər

“UEFA Trampa bənzəyir” - “Ayaks” rəsmisi
Bakıda icbari tibbi sığorta niyə işləmir?
Ermənilər Şurnuxunu da yandırırlar
Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
Almaniya Kubokunda ilk Finalçılar bəlli oldu.
Qaradağda  dezinfeksiya işləri daim nəzarət  altındadır - Foto
DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə bağlı araşdırmaya başladı
"SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq"
Xəzər dənizində yeni neft yatağı kəşf edildi
Bacısını qayçı ilə vuran şəxs cəzalandırıldı
Cəlilabadda ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb -
Nazir müavininin MİLYONLUQ OBYEKTLƏRİ VƏ BİZNES ŞƏBƏKƏSİ
Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh
İşğaldan azad olunmuş Şuşa şəhərinin video görüntüləri
Yoluxanların sayı artmaqda davam edir
Şəhriyar Kasparova bu cür qalib gəldi – VİDEO
Bakının gözəlləşməsini istəməyənlər...
Zakir Həsənov: “Ermənistan 2020-ci il müharibəsindən nəticə çıxarmadı” -
Nobel mükafatçısı dünyasını dəyişdi
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovaya ağır İTTİHAMLA...
AVRO-2020-nin kuboku yerə düşüb, qırılmayıb
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
“Mənə qurşaqdan yuxarı çılpaq videosunu göndərmişdi” - Əli Həsənovla bağlı daha bir İDDİA
“Milan” “Atletiko”ya məğlub oldu
Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR
Rusiyadan Ermənistana raket sistemləri daşınır
Sabah yağış yağacaq
Kəlbəcərə yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir
Deputat: "Parisdəki səfirimizi geri çağrılmalıyıq"
Baş Prokurorluq jurnalistin tutulması ilə bağlı açıqlama verdi
{sape_links}{sape_article}