Son dəqiqə
23-08-2023, 10:19
147

Küveyt mediasında Qərbi Azərbaycan həqiqətlərindən bəhs olunub

Küveyt mediasında Qərbi Azərbaycan həqiqətlərindən bəhs olunub
Küveytin “q8-press.com” xəbər saytında “Qərbi Azərbaycana qayıdış” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, məqalədə çar Rusiyası tərəfindən Azərbaycanın əzəli torpaqlarında məskunlaşdırılan ermənilərin ölkəmizə qarşı düşmənliyinin 200 illik tarixindən və Ermənistanın XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti yürütməsindən bəhs olunub: “Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyası süqut etdikdən sonra da davam edib”.

Məqalədə, həmçinin soydaşlarımızın Qərbi Azərbaycandan zorla çıxarılmasının tarixi təsvir edilib, Prezident İlham Əliyevin ötən ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü yada salınıb. Yazıda dövlət başçımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qərbi Azərbaycan İcmasının indiki Ermənistana qayıdışına dair hüququnun beynəlxalq müstəvidə reallaşdırılması istiqamətində tövsiyələri yer alıb.
Qərbi Azərbaycan İcmasının son dövrdəki aktiv fəaliyyəti, Qərbi Azərbaycana “Qayıdış Konsepsiyası” haqqında da məlumat verilib. “Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir”, - deyə məqalədə qeyd edilib.

XəbərTv.info

Digər xəbərlər

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq?
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
“Krım könüllüləri birləşməsi” Qarabağdakı separatçı rejimə muzdlu kimi xidmət edib - FOTO
Rus sülhməramlıların Qarabağda xəritə oyunu...
Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?
Azadlıq heykəlini ildırım vurdu
Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü - İDDİA + FOTO
Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Füzulidə minaya düşən mülki şəxs vəfat etdi
ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO
Ermənistanda respondentlərin yarıdan çoxu Paşinyanın istefasını istəyir
Azərbaycanda karantin rejimində ilk yarış keçirilib
Erməni əsgərlər arasında atışma oldu
Gələn il üçün Azərbaycanda koronavirusla mübarizəyə bu qədər vəsait ayrılacaq
Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İtkin düşən hərbçilərin yaxınları İrəvanda etiraza başladı -
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın potensial rəqibləri üz-üzə, millimizin üzvü İrəvanda meydana çıxa bilər
MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ
Şimali Koreya səfiri Cənubi Koreyaya qaçdı
Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi
Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?
Nazirlik bu dəfə Aşağı Şurtandan video yaydı
Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR
Nazirlikdən erməni vandalizmi ilə bağlı Metropolitan Muzeyinin qərəzli mövqeyinə sərt reaksiya
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Sabah 42 dərəcə isti olacaq
{sape_links}{sape_article}