Son dəqiqə
23-08-2023, 20:11
126

Bakıda İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanıldı - VİDEO

Bakıda İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanıldı -
Binəqədidə İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanılıb, onlardan 26 kiloqram heronin və metamfetamin aşkar edilib.

Bu barədə XəbərTv.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri Həsənzadə, Tələt Muradov və qardaşı Nicat saxlanılıblar. Bu şəxslər ifadələrində narkotikləri “Kənan” adlı şəxsdən aldıqlarını bildiriblər.

Əməliyyat tədbirinin davamı olaraq həmin şəxs - paytaxt sakini Kənan Səfərov da qısa zamanda saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan 20 kiloqram yüksək təsiredici xassəyə malik heroin, 2 kiloqram psixotrop maddə metamfetamin, 127 ədəd psixotrop tərkibli həb və elektron tərəzi aşkar edilib. Kənan Səfərov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rafiq Məmmədov da saxlanılıb. Bu şəxsin üzərindən satış məqsədi ilə əldə etdiyi 4 kiloqramdan artıq heroin aşkar olunub. Rafiq Məmmədov narkotiki “TikTok” sosial şəbəkəsindən “Sərhəd” adı ilə tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Saxlanılan şəxslərin hər biri barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Əgər iş həkimlərin insafına qalarsa... - “Artıq evimdə satmağa heç nə qalmayıb”
Baba Rzayev buraları elə günə qoyub ki...
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...
İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı
Şuşan Stepanyan istefa verdi
Bakıda iki bacını avtomobil vurdu
İlham Əliyev Ərdoğanla telefonla danışdı
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
Erməni cütlüklərin “silaha sarılma” təbliğatı - Şərh
Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var
Nizami rayonunda park kimlər tərəfindən işğal olunub? -
Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Gəncədə qadın əri tərəfindən yandırıldı - VİDEO
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
"Bu şəhərdə" Mir Şahini belə parodiya etdi — VİDEO
Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Ağdamda “Park Forest Otel Ağdam” otelinin təməl qoyma mərasimi
Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
Cəlilabad rayon icra başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanıldı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Bakıda 120 mindən çox bina söküləcək
Laçın Məmmədovu güllələyən "Lotu Quli"nin adamı saxlanıldı — VİDEO
{sape_links}{sape_article}