Son dəqiqə
Dünya
23-08-2023, 20:25
81
Gümüş medal qazanan Azərbaycan millisi mükafatlandırılıb - VİDEO

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında ikinci yeri tutan Azərbaycan millisi mükafatlandırılıb.
XəbərTv.info xəbər verir ki, tapançadan 25 metr məsafəyə standart atəşaçma yarışının qalibləri medallarını alıblar.
Mükafatlandırma mərasimində Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət “üçlüy”ə gümüş medalı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Yarışda Çin qızıl, Hindistan isə bürünc medal qazanıb.