Son dəqiqə
24-08-2023, 16:38
158

“Bəlkə bu yolla hakimlər ədalətsiz qərarlardan əl çəkərlər” - Vəkil məhkəməni ittiham etdi

“Bəlkə bu yolla hakimlər ədalətsiz qərarlardan əl çəkərlər” - Vəkil məhkəməni ittiham etdi
“Hakimlərin bilə-bilə qanunsuz hökm çıxarmasına görə vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi ilə qəti surətdə razı deyiləm. Buna görə də, bu tip iddialar birbaşa bilə-bilə qanunsuz hökm çıxaran hakimlərin özlərinə yönəldilməlidir. Zərərçəkənlərə ödəniləcək kompensasiya məbləği də hakimlərin maaşlarından tutularaq ödənilməlidir…”

XəbərTv.info Gununsesi.info-ya istinadla xəbər verir ki, bu fikirləri tanınmış vəkil Ceyhun Yusifov özünün “Facebook” səhifəsindən paylaşdlğı yazıda qeyd edib.

Ceyhun Yusifov həmin yazıda bildirib: “Hüquqlarını müdafiə etdiyim Mirzəyev Ramin İlyas oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) 22.06.2022-ci il tarixli hökmü ilə təqsirli bilinmiş, ona 5 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu.

Ətraflı

Sonradan həmin iş Şirvan Apellyasiya Məhkəməsində obyektiv şəkildə araşdırılmış və təqsirləndirilən şəxs barəsində bəraət hökmü qəbul edilmişdi.

Bu gün (dünən-red.) isə AR Ali Məhkəməsində həmin bəraət hökmü qüvvədə saxlanılıb (hakim R. Abdulov).

Qeyd edim ki, sözügedən işin ibtidai istintaqı zamanı AR DİN-ə etdiyim şikayətlər əsasında Şirvan ŞPŞ-nin 9-a yaxın əməkdaşı cəzalandırılmışdı. Bir neçə əməkdaşı hətta xidmətdən xaric edilmişdi. Hətta həmin dövrdə əsaslar olduğundan işin ibtidai istintaqının Şirvan ŞPŞ-də aparılmasına tərəfimizdən AR Baş Prokurorluğuna etiraz edilmişdi. Buna görə də, həmin işin ibtidai istintaqı Şirvan Şəhər Polis Şöbəsindən alınaraq Hacıqabul Rayon Polis Şöbəsinə verilmişdi.

Hazırda isə bəraət almış şəxs əsassız şəkildə 2 il müddətində həbsdə saxlanılmasına görə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. Hesab edirəm ki, həmin tutulacaq olan kompensasiya məbləği Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökmü çıxaran, qanunsuzluq edərək işi obyektiv şəkildə araşdırmayan hakimlərin – bilə-bilə qanunsuz hökm çıxaran Xamməd Nuriyev, Oruc Cəlilov və Əli Əliyevin maaşlarından tutularaq ödənilməlidir.

Bəlkə, bu yolla hakimlər artıq bu işdəki kimi ədalətsiz qərarlar qəbul etməkdən əl çəkərlər. Ortada bu qədər əsaslı faktlar varkən hakimlərin bilə-bilə qanunsuz hökm çıxarmasına görə vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi ilə qəti surətdə razı deyiləm. Buna görə də bu tip iddialar birbaşa bilə-bilə qanunsuz hökm çıxaran hakimlərin özlərinə yönəldilməldir.

Hakimlərə irad bildirdikdə müdafiə xarakterləri sözləri bu olur ki, “bizlik deyil, sədrin göstərişidir”. Hesab edirəm ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi sədr Elxan Süleymanovun şəxsi məhkəməsi deyil. Ölkədə hər gün məhkəmə və hüquq islahatlarından söhbət gedir. Lakin hələ də Lənkəran Ağır Cinayətlər Məhkəməsi məruzə sistemi ilə idarə olunur. Həmin məhkəmədə baxılan cinayət işlərində 99% halda ittiham hökmü çıxarılır. Burdan ümumilikdə belə bir nəticəyə gəlmək olar ki, polis və prokurorluq Lənkəran Ağır Cinayətlər Məhkəməsindən ədalətlidir”.

Digər xəbərlər

İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
“Zəfər” ordeninin statusu məlum oldu
Bakıda iki qızı vəhşicəsinə döyüb yola atdılar
Sabah YAP MSK üzvlüyünə namizədlərini müəyyənləşdirəcək
Erməni silahlılar Bəyanatdan sonra Qarabağa gəlib - FAKT
ŞÖBƏ RƏİSİ GÜNAHI GENERALA, O DA QARALOVA ATDI -
Vüqar Bayramov qardaşının həbsindən DANIŞDI
Qayınana hadisə yerində, qayınata isə xəstəxanada öldü: Prokurorluq dəhşətli cinayət barədə məlumat yaydı
İyulun 15-nə olan hava proqnozu
Rafiq Bayramovla Zakir Sultanovun da həbs müddəti uzadıldı
Xəzərdə zəlzələ oldu
“Ayaks” çempionluq kubokunu əridib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - FOTOLAR
DTX açıqladı: Neftçaladakı əməliyatda kimlər tutuldu... - Adlar və vəzifələr/Video
Azərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib
Sabah 25 dərəcə isti olacaq
Bakıda vəkil intihar etdi
Saleh Məmmədovun işçisindən ŞOK AÇIQLAMA
Model dəfilə zamanı podiumda yıxılıb öldü - Video
"Kiyevdə 50-yə yaxın səfirlik fəaliyyətini bərpa edir" - Zelenski
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
`QARA MASKALI`lar SDU rektorunun QAPISINI DÖYƏCƏKMİ? -
Zaur Mikayılov kollektivə təqdim edildi
MİDA yeni BAZARLIĞA HAZIRLAŞIR... - Əliniz cibinizdə olsun...
Xudatda narkotik satışına görə iki nəfər TUTULDU
Prezident işdən çıxarılan icra başçılarından danışdı
İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA
Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var
Novxanıda gənclər və yeniyetmələr arasında narkotiki təbliğ edən şəxs saxlanılıb - FOTO - VİDEO
{sape_links}{sape_article}