Son dəqiqə
İdman
24-08-2023, 17:13
153
Azərbaycan atıcıları mükafatlandırılıblar - FOTO- VİDEO

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında medal qazanan Azərbaycan atletləri mükafatlandırılıblar.
XəbərTv.info xəbər verir ki, 25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə birinci yer tutan Nigar Nəsirovaya qızıl, ikinci yerin sahibi olan Nərminə Səmədovaya isə gümüş mükafat təqdim edilib.
Fəxri kürsünün üçüncü pilləsinə qalxan monqolustanlı Xişiqderger Enxbat isə bürünc medal alıb.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.

