Son dəqiqə
Siyasət
29-08-2023, 17:29
362
Azərbaycanın Türkmənistandakı səfiri vəzifəsindən geri çağırılıb, yerinə təyinat olub
![Azərbaycanın Türkmənistandakı səfiri vəzifəsindən geri çağırılıb, yerinə təyinat olub](/uploads/posts/2023-08/dm.jpg)
Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
President.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
XəbərTv.info