Son dəqiqə
6-04-2024, 16:31
213

“Lotu Quli”ni öldürən şəxsə ağır cəza VERİLDİ

“Lotu Quli”ni öldürən şəxsə ağır cəza VERİLDİ
2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilən və Azərbaycanda kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərə hökm oxunub.

Təqsirləndirilənlərdən Xaqan Zeynalov və Əmir Həmidli ömürlük, Əli Mövlamlı və Rəsul Həsənov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Həbs olunmayan dörd təqsirləndirilən şəxsə bəraət verilib.

Xatırladaq ki, 2020-ci il avqustun 20-də gecəyarısı Serik rayonu, Boğazkent rayonunda yerləşən 5 ulduzlu hotelin restoranında “Nazir Əzizoğlu”nun adına olan şəxsiyyət vəsiqəsindən istifadə edən “Lotu Quli”yə yaxın adamlarından Xaqan Zeynalov baş nahiyəsindən iki güllə vurub. Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov hoteldən çıxaraq onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə avtomobillə qaçıb. Hadisə yerinə gələn həkim briqadasının ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifov dünyasını dəyişib.

Şübhəlilər Dənizlidə ələ keçiblər. Saxlanılanlardan Xaqan Zeynalov xəsarət aldığı üçün xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Onlara qarşı “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi açılıb.

Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin Azərbaycanda “Lənkəranski” ləqəbi ilə tanınan və 18 avqust 2016-cı ildə Beşiktaşda qətlə yetirilən Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədi ilə törədildiyi müəyyən edilib.//Buta.media

Xebertv.info

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}